“Azəriqaz”da qış aylarına hazırlıq tədbirləri görülür
Bakı, 22 oktyabr, AZƏRTAC
“Azəriqaz” İB cari ilin 9 ayı ərzində payız-qış mövsümlərinə hazırlıq məqsədilə bir sıra işlərin icrasını tamamlayıb. Abonentlərin dayanıqlı şəkildə təbii qazla təmin edilmələri üçün 668 ədəd qaz tənzimləyici, 546 ədəd müxtəlif diametrli bağlayıcı armaturlar quraşdırılıb və yaxud da əvəz edilib, 57 ədəd qaz tənzimləyicinin yeri dəyişdirilib. Bundan əlavə 35 min metr uzunluğunda torpaqla təmasda olan qaz xətti dayaqlar üzərinə qaldırılıb.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri “Azəriqaz”ın Sağlamlıq, Əməyin təhlükəsizliyi, Ətraf mühitin mühafizəsi və Keyfiyyətə Nəzarət şöbəsinin rəisi İlkin Behbudov media nümayəndələri ilə keçirilən görüş zamanı deyib. Qurum rəsmisi vətəndaşları qış aylarında tüstü bacalarını quraşdırarkən ehtiyatlı olmağa çağırıb: “Vətəndaşlar kustar üsulla tüstü bacaları quraşdırmasınlar. Normal tüstü bacaları quraşdırılmalıdır, əks təqdirdə məsuliyyətsizlik xoşagəlməz halların baş verməsinə səbəb olur. Xüsusilə də, həyət evlərində yaşayan şəxslər ehtiyatlı olsunlar. Qeyd edim ki, təhlükəsizlik məqsədilə evlərdə yoxlamalar aparılacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]