“Azərişıq” Böyük Vətən müharibəsi iştirakçılarına hədiyyə verib
Bakı, 9 may, AZƏRTAC
Bu gün alman faşizmi üzərində Qələbənin 75-ci ildönümüdür. Böyük Vətən müharibəsi iştirakçısı olan qəhrəmanlarımız hər zaman dövlətin xüsusi qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev müharibə veteranlarına, onların ailə üzlərinə hər zaman xüsusi qayğı ilə yanaşıb.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, bu xüsusi günlə əlaqədar İkinci Dünya müharibəsi iştirakçısı olan qəhrəmanlara ASC-nin hədiyyələri çatdırılıb.
Qeyd edək ki, 1941-ci ildə keçmiş SSRİ-nin İkinci Dünya müharibəsinə cəlb edilmәsi müttəfiq respublika kimi Azərbaycanda da bütün sahələrdə inkişafın müvəqqəti dayanmasına və bəzi strukturların hərbi tələblərə uyğun profilə keçməsinə səbəb olub. Energetiklər də istisna təşkil etməyərək öz işlərini yenidən təşkil etməyə başlayıblar.
Təsadüfü deyil ki, müharibə dövründә təkcə “Qırmızı Ulduz” DRES-dən cəbhəyə 86 nəfər 4-cü dərəcəli çilingər getmişdi. Müharibənin ilk günlərində bu stansiyadan ordu sıralarına 280 nəfər, elektrik şəbəkələri idarəsindən isə 196 nəfər çağırılmışdı. Müharibə zamanı Azərbaycan Baş Enerji İdarəsindən cəbhəyə təxminən 1000 nəfər səfərbər olmuşdu. Onları qadınlar və çağırış yaşa qədərki yeniyetmələr əvəz etməyə başlamışdı. Beləliklə də müharibə illərində enerji sistemində işləyənlərin 52 faizini qadınlar tәşkil edirdi.
Həmin dövrdə energetiklərin qarşısında əsas vəzifə xalq təsərrüfatını fasiləsiz elektrik enerjisi ilə təmin etməklә yanaşı, müharibə dövrünün yaratdığı digər vəzifələr də qoyulmuşdu. Azərbaycan energetikləri bütün vəzifələrin öhdəsindən artıqlaması ilə gəlmişdi.