“Azərpoçt” bayram günlərində fəaliyyət göstərəcək
Bakı, 7 noyabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8-12-də növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
Bu barədə AZƏRTAC-a “Azərpoçt” MMC-dən bildirilib.
Noyabrın 8, 9, 10, 12-də respublika üzrə fəaliyyət göstərəcək şöbələrin siyahısı:
1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi, saat 09:00-18:00
2 saylı poçt filialının 63 saylı poçt şöbəsi, saat 10:00-17:00
2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri, saat 09:00-17:00
3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri, saat 10:00-17:00
4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, saat 09:00-17:00
Regionlarda yerləşən müştəri xidməti şöbələri, saat 10:00-17:00
Qeyd edilən tarixlərdə istehsalat zərurəti yarandığı halda 1 saylı poçt filialının 66 və 152 saylı poçt şöbələri 10.00-dan 17.00-dək fəaliyyət göstərəcək.
11 noyabr tarixində respublika üzrə bütün poçt şöbələri vətəndaşlara xidmət göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi - teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması - təmin ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]