“AZƏRPOÇT” MƏKTƏBLİLƏR ARASINDA İNŞA MÜSABİQƏSİ KEÇİRİR
Müəssisədən AZƏRTAC-a bildirmişlər ki, bu qərar Ümumdünya Poçt İttifaqının gənclər arasında kütləvi inşa müsabiqəsinin keçirilməsi ilə bağlı dünya ölkələrinin poçt müdiriyyətlərinə müraciətindən sonra qəbul edilmiş və bu barədə Təhsil Nazirliyinə də müraciət olunmuşdur.
Müsabiqəyə gələn il martın 1-də yekun vurulacaq və toplanmış bütün inşalar nazirliyin təsis etdiyi komissiyaya təqdim olunacaqdır. Birinci yer 3, ikinci yer 6, üçüncü yer isə 9 nəfər arasında bölüşdürüləcək, qaliblərə pul mükafatları veriləcəkdir. Birinci yerə layiq görülmüş inşa yazısı Ümumdünya Poçt İttifaqına göndəriləcək və gələn ilin aprelində Kopenhagendə keçiriləcək növbəti tura vəsiqə alacaqdır. Qalib yazının müəllifi valideynləri ilə birlikdə bir həftəlik Danimarka paytaxtına istirahət şansı qazanacaqdır. Müsabiqədə iştirak etmək istəyən bütün məktəblilər öz yazılarını istənilən poçt şöbəsindən “Azərpoçt” DM-nə göndərə bilərlər.