“Azexport” portalı yaradıcı mədəniyyət sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlara çağırış edib
Bakı, 6 sentyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı son səkkiz ayda “Amazon” və “eBay” elektron ticarət platformalarında 40-dan artıq çeşiddə yaradıcı mədəniyyət sənayesi məhsulunu beynəlxalq alıcılara təqdim edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Azexport” portalının rəhbəri Ayxan Qədəşov pilot layihə çərçivəsində hazırda nümayiş olunan məhsullara xarici alıcılar tərəfindən marağın böyük olduğunu deyib.
Onun sözlərinə görə, göstərilən marağı nəzərə alaraq bu qəbildən olan məhsulların “Amazon” və “eBay” platformalarında sayının artırılmasına ehtiyac var. Ayxan Qədəşov bu məqsədlə sənətkarlıq işləri, milli suvenirlər, rəsm əsərləri, əl işləri və digər yaradıcı mədəniyyət sənayesi məhsulları istehsal edən fərdi sahibkarları portalla yaxından əməkdaşlığa dəvət edir.
“Azexport” portalı tərəfindən təqdim olunan xidmətə dair komissiya və ya əlavə ödəniş tələb olunmur.
Maraqlı şəxslər (050) 295-86-87, (012) 521-34-94 telefon nömrələri və ya “[email protected]” elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:37]
Ayjan Beyseyeva: Orta Dəhliz strateji inkişaf fazasına qədəm qoyur
- 08.06.2026 [14:40]
SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib
- 08.06.2026 [14:37]
® “Expressbank”dan Mingəçevirdə təmizlik aksiyası
- 08.06.2026 [12:43]
Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir
- 08.06.2026 [12:05]