“Azexport.az”a iki ayda 145,6 milyon dollarlıq ixrac sifarişləri daxil olub
Bakı, 1 aprel, AZƏRTAC
Yanvar-fevral aylarında "Azexport.az" portalına 145,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk iki ayında portala daxil olan ixrac sifarişləri dəyər baxımından 22,3 faiz artıb. Bu ilin fevral ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 53,9 milyon dollar təşkil edib, 2018-ci ilin eyni ayı ilə müqayisədə 16,3 milyon dollar və ya 43,4 faiz artıb.
Bu ilin yanvar-fevral aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Türkiyə (13 faiz), Rusiya (12,4 faiz), ABŞ (7 faiz), Hindistan (7 faiz) və Gürcüstan (5,9 faiz) qərarlaşıb.
Ümumilikdə isə 2017-ci ilin yanvarından cari il fevralın 28-dək portala 123 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 134,7 milyon dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]