AzMİU-da Fransa universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 4 may, AZƏRTAC
Fransanın ölkəmizdəki səfirliyinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, səfirliyin nümayəndələri ali məktəbin prorektorları Akif Qasımov və Nərgiz Abdullayeva ilə görüşüblər. Görüşdə Fransa universitetləri ilə AzMİU arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Söhbət zamanı mövcud əməkdaşlıq əlaqələrinə toxunulub, yeni əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə detallar, potensial layihələr haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AzMİU-nun Fransanın Monpelye Universiteti, Qrenobl Akademiyası, Paris Universiteti və Paris Sedeks Universiteti ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bu universitetlərlə birbaşa, yaxud da beynəlxalq təhsil layihələri, o cümlədən “Erasmus” çərçivəsində əməkdaşlıq edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:53]
AzTU professoru Türkiyədə ustad dərsləri keçib
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]