AzMİU-nun startapçılar komandası “PAŞA Hackathon 6.0” müsabiqəsində qalib olub
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbə və əməkdaşlarından ibarət komanda “PAŞA Holdinq”, “Bravo” və “Tenity” tərəfindən təşkil olunan “PAŞA Hackathon 6.0” müsabiqəsində I yerə layiq görülüb.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. Qeyd olunub ki, 15 ölkədən ümumilikdə 493 komandanın müraciət etdiyi hakatonda qazanılan bu uğur universitetin innovasiya və texnologiya sahəsindəki potensialını bir daha nümayiş etdirib.
Qalib komandanın tərkibində İnnovativ Biznes İnkubator şöbəsinin əməkdaşları Nuray Abdullazadə, Vüqar Qurbanlı, Davud Abdullayev, Rəqəmsal İnkişaf Mərkəzinin əməkdaşları Ayxan Kərimli və Nihad Tağıyev yer alıblar. Komanda üzvlərinin 4-ü Mexanika və informasiya texnologiyaları, 1-i isə Tikinti-iqtisad fakültəsinin tələbəsidir.
Hakaton çərçivəsində iştirakçılar pərakəndə satış və supermarket ekosistemi üçün innovativ texnoloji həllər hazırlayaraq münsiflər heyəti qarşısında təqdim ediblər. Universiteti təmsil edən komanda yaradıcı yanaşma, innovativ biznes modeli və texnoloji həll konsepsiyası ilə fərqlənərək yarışın qalibi olub.
Qeyd edək ki, bu qalibiyyət AzMİU-da yaradılan innovativ mühitin, tələbə və əməkdaşların texnologiya, sahibkarlıq sahəsində əldə etdikləri bilik və bacarıqların uğurlu nəticəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [11:42]
Urban yaşıllıqlar və landşaft memarlığına müasir çağırışlar - elmi sessiya
- 19.05.2026 [11:17]
ADNSU beynəlxalq reytinqlərdə mövqeyini gücləndirməyi hədəfləyir
- 19.05.2026 [11:09]