AzMİU-nun tələbələrinə Lester Universitetinin nümayəndəsi tərəfindən sertifikatlar təqdim olunub
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri əcnəbi vətəndaşların hazırlığı fakültəsinin Böyük Britanıyanın Lester Universiteti tərəfindən akkreditasiya olunan sertifikatlarını əldə ediblər.
AZMİU-dan AZƏRTAC-a bildirilib ki, tələbələrə sertifikatların təqdim olunması mərasimində Lester Universitetinin əməkdaşı Dagmara Grabas, beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə və əcnəbi dillər kafedrasının müdiri Aygün Məmmədova iştirak ediblər.
Tədbirdə Dagmara Grabas tələbələrə sertifikatlar verib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Qeyd edək ki, AzMİU-nun əcnəbi tələbələrin hazırlığı fakültəsi 2018-ci ilin noyabr ayında Lester Universiteti tərəfindən akkreditasiyadan keçib.