ELM VƏ TƏHSİL
AzTU ilə Zonguldak Bülent Ecevit Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 22 noyabr, AZƏRTAC
Türkiyənin Zonguldak Bülent Ecevit Universitetinin rektoru İsmail Hakkı Özölçerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində qonaqlar rektor Vilayət Vəliyev və əməkdaşlarla görüşüb. Görüş zamanı iki universitet arasında perspektiv əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra AzTU və Zonguldak Bülent Ecevit Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memoranduma əsasən, hər iki universitet birgə layihələrin hazırlanması, tədqiqat işlərinin yerinə yetirilməsi, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:14]
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
- 03.05.2024 [19:11]
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]