Azərbaycan Dövlət İnformasiya Agentliyi

Babək şəhərində bazar kompleksi istifadəyə verilib

Babək, 17 dekabr, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Babək rayonunda da uğurla icra olunur, kompleks-quruculuq tədbirləri həyata keçirilir. İstifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, Babək rayonunu da müasir yaşayış məntəqəsinə çevirib, məskunlaşma artıb, rayon mərkəzi və kəndlər böyüyüb. Bu il Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilib. Rayonda sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının sayının artması istehsal olunan məhsulların satışını da zərurətə çevirib, Babək şəhərində müasir bazar kompleksi tikilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 17-də Babək şəhərindəki yeni bazar kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov deyib ki, Babək rayonu son 25 ildə böyük inkişaf yolu keçib, yenidən qurulub. Göstərilən diqqət və qayğı sayəsində rayonda bütün infrastruktur yaradılıb. Bu gün isə Babək şəhərində bazar kompleksi tikilib əhalinin istifadəsinə verilir. Rayon sakinləri indiyədək istər istehsal etdikləri məhsulları satmaq, istərsə də lazım olan zəruri məhsulları almaq üçün Naxçıvan şəhərindəki bazarlara üz tuturdular. Yeni bazar kompleksi bu sahədə rayon əhalisinə hərtərəfli xidmət göstərəcəkdir. Rasim Hüseynov yaradılan şəraitə görə rayon sakinləri adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək deyib: Babək şəhərində bazar kompleksi istifadəyə verilir. Yeni kompleksdən bütün şəhər sakinləri istifadə edəcəklər. Babək rayonu 1978-ci ildə Ulu Öndərimizin qərarı ilə yaradılıb. Ötən dövrdə rayon böyük inkişaf yolu keçmiş, 2008-ci ildə 30, 2018-ci ildə 40 illiyi qeyd edilmiş, yubileylərlə bağlı tədbirlər planları hazırlanaraq icra olunmuşdur. Həyata keçirilən tədbirlər və əldə olunan inkişaf Babək qəsəbəsinin şəhərə çevrilməsinə zəmin yaratmışdır. Ona görə də Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Babək qəsəbəsinə şəhər statusu verilmişdir. Bu gün Babək Azərbaycanın müasir şəhərləri sırasına daxil olmuşdur. Bütün bunlar inkişafın göstəricisidir.

“Şəhər o yerdə yaradılır ki, orada inkişaf olsun, yenidənqurma işləri aparılsın və ərazidəki infrastruktur şəhərin tələblərinə cavab versin”, - deyən Ali Məclisin sədri bildirib ki, ötən dövrdə görülən işlər Babək qəsəbəsinin şəhər statusu almasına imkan verdi. Babəkə şəhər statusu verilən zaman bazar kompleksinin qurulması da qərarlaşdırıldı və ərazi seçildi. Hazırda Babək rayonunda 5 min 900-ə yaxın sahibkarlıq subyekti fəaliyyət göstərir. Yeni bazar kompleksində sahibkarlıq müəssisələrinin, ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların satışı, kənd təsərrüfatı məhsulları yarmarkalarının keçirilməsi üçün hərtərəfli şərait vardır. Artıq sakinlər rayonda istehsal olunan məhsulları Naxçıvan şəhərinin bazarlarından deyil, Babək şəhərində fəaliyyət göstərən bazardan alacaqlar. Kompleksin tikilməsi üçün seçilən ərazi sakinlərin buraya rahat gediş-gəlişinə də təminat verir. Bazar kompleksi uzun illər sakinlərə xidmət edəcəkdir. Onlar burada həm məhsullarını satacaq, həm də gündəlik tələbatlarını ödəyəcəklər. Həmçinin bazar kompleksi yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin olunmasına da töhfə verəcəkdir.

Ali Məclisin sədri kompleksin qurulmasında əməyi olanlara təşəkkür edib.

Babək şəhər sakini, ziyalı Ənvər Hüseynov minnətdarlıq edərək deyib: “Mən burada doğulmuşam. Rayon yaradılandan Babək şəhər statusu alanadək ötən dövr hər an gözlərim önündə canlanır. Vaxtilə burada bir inzibati bina və kiçik məktəb var idi. Göstərilən dövlət qayğısı sayəsində bu gün abad yollarımız, müasir xəstəxana, uşaq bağçası, iki məktəb, musiqi məktəbi, rabitə evi, idarə və təşkilatlar üçün yeni inzibati binalar şəhərimizə xüsusi gözəllik verir. İstifadəyə verilmiş 7, 5 və 2 mərtəbəli yaşayış binaları əhali rifahının, məskunlaşmanın göstəricisidir. Babək artıq aqrar sənaye rayonuna çevrilib. Hazırda burada 62 adda sənaye məhsulu istehsal olunur. Həmin məhsulların yeni bazar kompleksində satışı təşkil olunacaq. Yaradılan şəraitdən səmərəli istifadə edəcək, qurulanları qoruyacağıq”.

Sonra kompleksə baxış olub. Məlumat verilib ki, 4700 kvadratmetr ərazini əhatə edən bazar binasında ərzaq, geyim, məişət, təsərrüfat malları və mobil telefon mağazaları, yeməkxana, bərbər, foto, əczaxana və baytarlıq əczaxanası yerləşir. Binada istilik və su sistemləri qurulub. Kompleksdə 36 satış yeri olan yarımqapalı meyvə-tərəvəz satış sahəsi tikilib. Eləcə də burada kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili üçün də şərait vardır. Ərazidə heyvan və ev quşlarının satışı üçün 1250 kvadratmetr çəpərlənmiş sahə ayrılıb.

Bazara gedən yola asfalt salınıb, 57 yerlik avtomobil dayanacağı yaradılıb.

Satıcılardan Vüqar Süleymanov, Nazilə Zeynalova və Əfsanə İsayeva yaradılan şəraitə görə Ali Məclisin sədrinə minnətdarlıq ediblər.

Ali Məclisin sədri bazarda ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi, əhalinin tələbatının nəzərə alınması, yarmarkaların təşkili və təmizliyə riayət olunması barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib