İQTİSADİYYAT
“Bakcell” özünün korporativ müştərisi olan “AzEduNet”lə əməkdaşlığı gücləndirir
Bakı, 3 aprel, AZƏRTAC
“Bakcell” şirkəti internet provayder olan “AzEduNet” şirkəti ilə əməkdaşlığını uğurla davam etdirir.
“Bakcell”dən AZƏRTAC-a bildirilib ki, iki şirkət arasında 2009-cu ildə başlayan əməkdaşlıq bir sıra layihələrin ərsəyə gəlməsinə səbəb olub.
“AzEduNet” şirkətinin Şəbəkə Dəstəyi Departamentinin qrup rəhbəri Əli Həsənov bildirib ki, bu əməkdaşlıq sayəsində respublikanın texniki imkanların məhdud olduğu müxtəlif ucqar ərazilərində 500-dən artıq məktəb “Bakcell”in təqdim etdiyi 3G interneti vasitəsilə təhsil şəbəkəsinə qoşulub.
“Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç “AzEduNet” şirkətinin təhsil sahəsində ən böyük tərəfdaş olduğunu deyib: “Şirkətimiz hər bir korporativ müştəriyə fərdi yanaşır və onların istəklərinə uyğun ən yaxşı təklif hazırlayır. “AzEduNet”lə əməkdaşlığımız artıq 7 ildir ki, davam edir. Biz birlikdə ölkə ərazisində 500-dən artıq məktəbi internetə çıxışla təmin etmişik. Bu, çox uğurlu bir layihədir və gələcəkdə bu məktəblərin sayını artırmaq niyyətindəyik”.