İDMAN
“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində üzgüçülük yarışlarının son gününün qalibləri müəyyənləşib
![](/files/galleryphoto/2015/2/1200x630/1435422084141788870_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354220842899519353_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354220854908514419_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354220852371045999_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354220855318451999_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354220853325834579_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354220856327542302_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354220851658956428_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354220854080823442_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435422085123697161_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354220856326962747_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354220854942017894_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354220851681135893_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435422085306522587_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143542208549080923_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354220854498812960_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354220855763817735_1200x630.jpg)
Bakı, 27 iyun, R.Həsənov, A.Rəcəbova, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində iyunun 27-də Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının sonuncu, beşinci günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, axşam sessiyasında 11 dəst medal oynanılıb.
400 metr məsafəyə fərdi kompleks üzgüçülük yarışında Rusiya idmançıları Nikolay Sokolov (4:19.44 dəqiqə) və İqor Balıberdin (4:20.80 dəqiqə) birinci və ikinci yerləri tutublar. Polşa idmançısı Karol Sbutoviç (4:22.22 dəqiqə) üçüncü yerə çıxıb.
100 metr məsafəyə arxasıüstdə üzmə yarışında da Rusiyanın nümayəndələri Polina Yeqorova (1:01.19 dəqiqə) və Mariya Kameneva (1:01.23 dəqiqə) qızıl və gümüş medallar qazanıblar. Bürünc medala isə Fransa idmançısı Paulina Mexyu layiq görülüb (1:01.34 dəqiqə).
Kişilər arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında Rusiya idmançısı Anton Çubkov (1:00.65 dəqiqə) birinci, litvalı Andrius Sidlauskes (1:01.42 dəqiqə) ikinci, britaniyalı Çarli Ettvud (1:01.71 dəqiqə) üçüncü yerləri tutublar. Qadınlar arasında qızıl və bürünc medallara Rusiya idmançıları Mariya Astaşkina (1:07.71 dəqiqə) və Darya Çikunova (1:09.02 dəqiqə) layiq görülüblər. Gümüş medalı isə İtaliya idmançısı Culiya Verona qazanıb (1:08.61 dəqiqə).
50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında birinci yeri İsrail idmançısı Ziv Kalontarov (22.16 saniyə), ikinci yeri italyan Covanni İsso (22.51 saniyə), üçüncü yeri isə Rusiya idmançısı Aleksey Bryanski (22.69 saniyə) tutublar. 200 metr məsafəyə üzmə yarışında isə birinci və ikinci yerləri Britaniya idmançıları Dunkan Skott (1:48.55 dəqiqə) və Kerli Kemeron (1:48.92 dəqiqə), üçüncü yeri isə Rusiya idmançısı Yelisey Stepanov (1:49.64 dəqiqə) tutublar.
200 metr məsafəyə fərdi kompleks üzmə yarışında qızıl medalı alman Maksin Volters (2:13.37 dəqiqə), gümüş medalı İtaliya idmançısı İlariya Kusinato (2:13.78 dəqiqə) qazanıblar. bürünc medala britaniyalı Ebbi Vud layiq görülüb (2:14.49 dəqiqə).
Kişilər arasında 100 metr məsafəyə kəpənək üsulu ilə üzmə yarışında Rusiya üzgüçüləri Daniil Paxomov (52.72 saniyə) və Daniil Antipov (53.36 saniyə) birinci və ikinci yerləri, ispan Alberto Lozano Mateo isə (52.78 saniyə) ikinci yeri tutublar. Qadınlar arasında 50 metr məsafəyə üzmə yarışında birinci yeri rusiyalı Polina Yeqorova (26.82 saniyə), ikinci yeri Avstriya nümayəndəsi Karolina Filxatş (27.18 saniyə), üçüncü yeri isə danimarkalı Jüli Yansen (27.19 saniyə) tutublar.
Qadınlar arasında 4x200 metr sərbəst üsulla estafet yarışında Rusiya komandası 8:03.45 dəqiqə nəticə ilə birinci yeri, Niderland - ikinci (8:04.65 dəqiqə), Böyük Britaniya isə - üçüncü (8:04.84 dəqiqə) yerləri tutublar.
Kişilər arasında 4x100 metr qarışıq estafet yarışında qızıl medalı Rusiya komandası (3:36.38 dəqiqə), gümüş medalı Böyük Britaniya nümayəndələri (3:39.01 dəqiqə), bürünc medalı isə Polşa komandası (3:39.31 dəqiqə) qazanıblar.
Oyunlar çərçivəsində üzgüçülük yarışlarının ümumi nəticələri belədir: Ən çox mükafatı Rusiya idmançıları qazanıblar. Onların 23 qızıl, 7 gümüş və 12 bürünc medalı var. Mükafatların sayına görə ikinci yerdə Böyük Britaniya nümayəndələridir: 7 qızıl və gümüş, 9 bürünc medal. 3 qızıl, 4 gümüş və 6 bürünc medal qazanmış Almaniya üzgüçüləri üçüncü yerdədirlər.
Xatırladırıq ki, iyunun 23-dən 27-dək keçirilmiş üzgüçülük yarışlarında 42 dəst medal oynanılıb.