İDMAN
“Bakı-2015”-in çimərlik futbolu yarışlarının finalında İtaliya və Rusiya milliləri qarşılaşacaq
![](/files/galleryphoto/2015/2/1200x630/14354257003645721054_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354257001253927527_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354257002201010384_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354257004997134889_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354257002510764632_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143542570052964452_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354257004650652123_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354257003320350758_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354257005170463248_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143542570058541642_1200x630.jpg)
Bakı, 27 iyun, Nihat Budaqov, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarının çimərlik futbolu yarışlarının finalında İtaliya və Rusiya yığma komandaları qızıl medal uğrunda mübarizə aparacaq. Bürünc medal uğrunda oyununda isə İsveçrə millisi ilə Portuqaliya yığması qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, yarışların dördüncü günündə - iyunun 27-də təsnifat və yarımfinal oyunları keçirilib. Təsnifat mərhələsinin ilk oyununda Ukrayna millisi ilə Macarıstan yığması qarşılaşıb. Oyun Ukraynanın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Təsnifat mərhələsinin digər oyununda isə Azərbaycan və İspaniya yığmaları üz-üzə gəlib. Millimiz oyundan 1:3 hesabı ilə məğlub ayrılıb.
Yarımfinalın ilk oyununda İtaliya yığması ilə İsveçrə millisi qarşılaşıb. Qarşılaşmada 7:4 hesabı ilə qalib gələn İtaliya finala vəsiqə qazanıb. Digər finalçı isə Rusiya millisi olub. Yarımfinalda Portuqaliya yığmasına 2:1 hesabı ilə qalib gələn Rusiya millisi qızıl medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.
“Bakı-2015” ilk Avropa Oyunlarının sonuncu günündə - iyunun 28-də çimərlik futbolu yarışlarında medalların sahibləri və komandaların sıralaması məlum olacaq. Belə ki, Ukrayna və İspaniya milliləri 5-6-cı yerlər, Azərbaycan ilə Macarıstan yığmaları isə 7-8-ci yerlər uğrunda mübarizə aparacaq.