İDMAN
“Bakı-2015”-in cüdo yarışlarında daha beş çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib
![](/files/galleryphoto/2015/2/1200x630/14354287445174616776_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435428744374149340_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287442174537639_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287444569732529_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287443683729849_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287445531520475_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287445805564813_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287445714828859_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435428744873133199_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287441844052234_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287443318041500_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287441483547802_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287443974425282_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435428744471532529_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287443574026106_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287446539511255_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287444059126710_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287441318627478_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287444822963047_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287443141038652_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287441012245126_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287445310830576_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435428744173891086_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143542874485135406_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435428744122746661_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435428744330258658_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287442993939252_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354287443194751758_1200x630.jpg)
Bakı, 27 iyun, Səxavət Quliyev, AZƏRTAC
İyunun 27-də “Bakı-2015” birinci Avropa Oyunlarının cüdo yarışlarında beş çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, cüdo yarışlarının üçüncü günündə kişilər arasında 90, 100 və 100 kiloqramdan yuxarı, qadınların mübarizəsində isə 78 və 78 kiloqramdan yuxarı çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında tatami üzərinə çıxıblar.
Kişilərin 90 kiloqram çəki dərəcəsində yarışının final görüşündə rusiyalı Kiril Denisov Gürcüstan təmsilçisi Varlam Lipartelianiyə qalib gələrək birinci Avropa Oyunlarının çempionu adını qazanıb. Bürünc medallara isə yunanıstanlı İlias İliadis və niderlandlı Elmont Gilaom sahib olublar. Yüz kiloqram çəki dərəcəsində Niderland cüdoçusu Henk Qrol fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çexiyalı Lukas Krpalek gümüş, belçikalı Toma Nikiforov və fransalı Sayrıl Marel bürünc medal qazanıblar. Yarışda 100 kiloqramdan yuxarı çəki dərəcəsində gürcüstanlı Adam Okuraşvili birinci, israilli Or Sasson ikinci, Rusiya idmançısı Renat Saidov və ukraynalı Yakiv Xammo üçüncü olublar.
Qadınların yarışında 78 kiloqram çəki dərəcəsində almaniyalı Luis Malznı məğlub edən Niderland cüdoçusu Verkerk Marind birinci Avropa Oyunlarının qalibi olub. Anamari Klementina Velensek (Sloveniya) və Qusc Stinhuis (Niderland) fəxri kürsünün üçüncü pilləsində yer alıblar. Fransalı Emilie Andeol (78 kq-dan yuxarı) bütün rəqiblərindən üstün olaraq “Bakı-2015”-in qızıl medalına sahib olub. Almaniyalı Jasmin Kuelbs yarışı ikinci, türkiyəli Belkıs Kaya və ukraynalı Svetlana Yaromka isə üçüncü pillədə başa vurublar.