“Bakı-2017”nin beşinci günündə kişi tennisçilər arasında fərdi və cütlüklərin görüşləri keçiriləcək
Bakı, 16 may, Elvin Camalov, AZƏRTAC
Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarının beşinci günündə Bakı Tennis Akademiyasında kişi tennisçilər arasında fərdi və cütlüklərin yarışına start verilib.
AZƏRTAC xəbər verir ki, gün ərzində keçiriləcək 8 qarşılaşmadan 6-sı fərdi, ikisi isə cütlüklərin oyunudur. Fərdi görüşlərdə Maldiv-Türkmənistan, Malayziya-Özbəkistan, Səudiyyə Ərəbistanı-Azərbaycan, Azərbaycan-Türkmənistan və iki İordaniya-İran qarşılaşması keçiriləcək.
Cütlüklərin mübarizəsində isə Özbəkistan-Səudiyyə Ərəbistanı, Uqanda-İordaniya görüşləri baş tutacaq.