ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi ilə ABB arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Bakı, 16 fevral, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Beynəlxalq Bankının (ABB) baş direktoru Aynur Süleymanlı və İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayeva ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib
Qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov ABB ilə Bakı Ali Neft Məktəbinin uğurlu əməkdaşlığının olduğunu, tələbələrin burada təcrübədə iştirak etdiyini, bir neçə məzunun bankda çalışdığını vurğulayıb.
Görüşdə ABB və BANM arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.