BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 300 000 dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4902 manat olmuşdur. Təklifin həcmi 300 000 dollar və tələbin həcmi 360 000 dollar olduğu halda, manatın məzənnəsi 1 bənd düşmüş və 1 dollar üçün 4903 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (EHBS) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4902,86 manat həddində idi.
EHBS-də USD/AZM T+0 aləti üzrə 5 milyon 599 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 27,451 milyarddır. Bir əqdə, orta hesabla, 699 875 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 35,857 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyulun 30-da birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.