BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, iyunun 8-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8090 AZN olmuşdur.
Birja hərracların elektron sistemində (BHES) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8096 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 242 700 AZN təşkil etmişdir. Manatın məzənnəsi sessiyanın yekunlarına görə, 0,0006 bənd qalxaraq, 1 ABŞ dolları üçün 0,8090 AZN olmuşdur.
BHES-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 614 916 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8091 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, dollar alətləri üzrə hərracların ümumi həcmi 1 405 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 1 136 618 AZN-ə bərabərdir. Bir əqdə orta hesabla 281 000 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SWAP_USDAZN üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. BHES-də banklar AVR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
BHES sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,75 faiz, ABŞ dolları üzrə isə 16,50 faiz təşkil etmişdir.
BHES sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında 1 gün müddətinə illik 11 faizlə 1 000 000 AZN həcmində əqd qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]