BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə avqustun 4-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8084 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8086 AZN-ə bərabər idi.
USD/AZN T+0 aləti üzrə dilerlər tərəfindən tələbat olmadığından əqd bağlanmamışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə dəyişməmişdir.
Gündüz sessiyasında USDAZN T+0 aləti üzrə 1 535 960 AZN məbləğində əqd bağlanmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8084 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 1 900 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 1 535 960 AZN təşkil etmişdir. Bir əqdə orta hesabla 383 990 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SVVAP_USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. RUB/AZN və AUR/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında marketmeykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 16,14 faiz, ABŞ dolları üzrə isə 17 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında 1 gün müddətinə illik 11 faizlə 1 000 000 AZN məbləğində əqd bağlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]