İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 21 dekabr (AZƏRTAC). Birjanın elektron hərraclar sistemində (BEHS) dekabrın 20-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,7974 AZN-ə bərabər idi.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7987 AZN-ə bərabər olmuşdur.
USD/AZN T aləti üzrə 18 262 270 AZN məbləğində əqd bağlanmışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7973 AZN olmuşdur.
Gündüz sessiyasında USDAZN T+0 aləti üzrə 2 394 000 AZN məbləğində əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,7980 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar aləti üzrə hərracların ümumi məbləği 25 900 000 dollar olmuşdur ki, bu manat ekvivalenti ilə 20 656 270 AZN təşkil edir.
USD/AZN T+1, T+2, SWAP-USD/AZN alətləri üzrə əqd qeydə alınmamışdır.
AURAZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 14,33 faiz, ABŞ dolları üzrə isə 14,50 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar arasında əqd bağlanmamışdır.