İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 20 oktyabr (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində oktyabrın 19-da keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in orta birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7870 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, birja elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 ABŞ dolları üçün 0,7870 AZN-ə bərabər olmuşdur. USD/AZN T+0 aləti üzrə əqd bağlanmamışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi dəyişməz qalmışdır.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 605 990 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7870 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, dollar alətləri üzrə hərracların ümumi həcmi 770 min dollar, manat ekvivalentində isə 605 990 AZN olmuşdur.
Qeyd etmək lazımdır ki, USD/AZN T+1, T+2, SWAP-USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır. EUR/AZN və RUB/AZN alətləri üzrə banklar BEHS-ə sifarişlər verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 11,79 faiz, ABŞ dolları üzrə isə 12,25 faiz təşkil etmişdir.
Oktyabrın 19-da birjada kredit alətləri üzrə banklar arasında əqd bağlanmamışdır.