İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 1 avqust (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) iyulun 31-də keçirilən hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7829 AZN-ə bərabər olub.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7829 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 1.686.030 AZN məbləğində əqdlər qeydə alınıb.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7829 AZN olub.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 4.045.687,80 AZN məbləğində əqdlər qeydə alınıb.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7829 AZN olub.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə 7.309.000 ABŞ dolları və ya manat ekvivalenti ilə 5.731.717,80 AZN məbləğində əqdlər qeydə alınıb.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmayıb.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmayıb.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 9,17 faiz, ABŞ dolları üzrə isə illik 9,83 faiz təşkil edib.
İyulun 31-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmayıb.