İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 854 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4915 manata bərabər olmuşdur. Təklif tələb 854 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 4915,54 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 413 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 2 milyard 30 milyon təşkil edir. Bir əqdə, orta hesabla, 137,666 min dollar düşmüşdür.
BEST-də USD/AZM T+1 və T+2 aləti üzrə dilerlər tərəfindən tələb olmadığından əqdlər bağlanmamışdır.
BEST-də AVR/AZM TOM aləti üzrə 1 AVR üçün 5800 manat məzənnə ilə üst-üstə 60 min avroluq əqd bağlanmışdır.
Banklar BEST-də RUR/AZM aləti üzrə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 3 milyard 116 milyon manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Noyabrın 21-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.