BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 640 min ABŞ dolları təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4917 manata bərabər olmuş hərracların sonunadək dəyişməz qalmışdır. Tələb və təklif 590 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4917,31 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 2 milyon 980 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 14,654 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 425 min 714 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 165,77 manat məzənnə ilə üst-üstə 30 min rubl məbləğində əqd bağlanmışdır.
Banklar AVR/AZM aləti üzrə BEST-ə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında, ümumən, 6 milyard 117 milyon manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Dekabrın 2-də birjada kredit alətləri üzrə banklar arasında əqdlər bağlanmamışdır.