Bakı Dövlət Universiteti Koreya Respublikasının Milli İnformasiya Cəmiyyəti ilə əlaqələrini genişləndirir
Bakı, 18 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tətbiqi riyaziyyat və kibernetika fakültəsi ilə Koreya Respublikasının Milli İnformasiya Cəmiyyəti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, memorandumun əsas məqsədi gələcəkdə informasiya texnologiyaları sahəsində əməkdaşlığı daha da genişləndirmək və Bakı Dövlət Universitetində yerləşən Azərbaycan-Koreya İnformasiya Mərkəzini müasir tələblər səviyyəsində yenidən qurmaqdan ibarətdir.
Sənədi fakültənin dekanı Məhəmməd Mehdiyev və Koreya Respublikasının Milli İnformasiya Cəmiyyətinin icraçı direktoru Jongpil Park imzalayıblar.