İQTİSADİYYAT
Bakı Fond Birjasında ticarət saatları uzadılıb

Bakı, 30 sentyabr, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) ticarət saatları uzadılıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, qurumun üzvləri və bazar iştirakçılarından daxil olan istəklər, habelə beynəlxalq praktikanı əsas götürərək Bakı Fond Birjasının təşəbbüsü və Azərbaycan Respublikasının Mərkəzi Bankının müsbət münasibətini nəzərə alaraq ticarətin fasiləsizliyini təmin etmək məqsədilə, “Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi qaydaları”nın “Bakı Fond Birjası” QSC-nin Ticarət Reqlamenti”nə əsasən keçirilən digər əməliyyatların (ARMB repo və əks-repo əməliyyatları istisna olmaqla, digər repo əməliyyatlının, səhm və istiqrazlar üzrə isə təkrar bazar əməliyyatlarının) ticarət saatları 16:30-a qədər uzadılıb, nahar fasiləsi (13:00-14:00) isə ləğv edilərək ticarət saatlarına əlavə olunub. Qeyd olunanları nəzərə alaraq, ticarət saatlarına edilmiş dəyişikliklər oktyabrın 3-dən qüvvəyə minəcək.