Bakı Musiqi Akademiyasının yetirmələri beynəlxalq müsabiqədə uğur qazanıblar
Bakı, 13 avqust, AZƏRTAC
Gürcüstanın Barjomi şəhərində keçirilən "World Harmony" IV beynəlxalq müsabiqə və festivalda ölkəmiz də təmsil olunub. Belə ki, müsabiqənin fortepiano ixtisası üzrə münsif heyətinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tədris işləri üzrə prorektoru, Əməkdar müəllim professor Nərmınə Quliyeva, violino ixtisası üzrə akademiyanın professoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Alıyeva dəvət alıb.
BMA-dan AZƏRTAC-a bildirilib ki, hər iki münsifə sertifikat təqdim olunub. Həmçinin beynəlxalq müsabiqədə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin və BMA-nın yetirmələri iştirak ediblər. Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 8-ci sinif şagirdi, respublıka və beynəlxalq müsabiqələr laureatı Səbinə Həsənzadə 1-ci yerə (müəllım BMA-nın professoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Alıyeva), Bakı Musiqi Akademiyasının 1-ci kurs tələbəsi Elmar Hüseynov 3-cü yerə (müəllım BMA-nın professoru, elmlər doktoru, Əməkdar incəsənət xadimi Tərlan Seyıdov), Mahbod Hagh Parast və Arian Ghahramani (müəllim Nərgiz Kəngərli) dıploma layiq görülüblər.
Bakı Musiqi Akademiyasının müəllimi Nərgiz Kəngərli festivalda uğurlu çıxışına görə münsiflər heyəti tərəfindən bir neçə diplomla mükafatlandırılıb.