Bakı-Qazax yolunda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib
Bakı, 14 fevral, AZƏRTAC
Bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 231-ci kilometrində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, "Mercedes" markalı 77-JC-239 dövlət nömrə nişanlı yük avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan "Mercedes Sprinter" markalı 90-LE-831 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.
Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.