Bakı Slavyan Universitetinin müəllim və tələbələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 8 may, AZƏRTAC
Mayın 10-da xalqımızın dahi oğlu, dünya şöhrətli siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə mayın 8-də Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevanın rəhbərliyi ilə ali təhsil müəssisəsinin prorektorları, fakültə dekanları və digər müvafiq struktur bölmələrinin məsul şəxsləri və Tələbə Gənclər Təşkilatının fəal üzvləri Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını ifadə edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.