Bakıda Almaniya günləri çərçivəsində daha bir tədbir keçirilmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Noyabrın 13-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində Höte İnstitutunun və Almaniyanın Xarici İşlər Nazirliyinin xaricdə məktəblərin mərkəzi idarəsinin (ZfA Deutsche Auslandschularbeit İnternational) birgə təşkilatçılığı ilə PASCH məktəblərinin “Hit parad”ı təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, “Hit parad”dan əvvəl Almaniya səfirinin müavini Volfqanq Mössinger PASCH məktəblərinin şagirdlərinin alman dilinə olan maraqlarını yüksək qiymətləndirmiş, bu dili tərcüməsiz anlayan uşaqların sayının növbəti illərdə artacağına əmin olduğunu demişdir.
Tədbirdə PASCH məktəbləri haqqında ətraflı məlumat verilmişdir. Sonra məktəblilər bir-birindən maraqlı mahnılar və rəqslər təqdim etmişlər.
Onların çıxışı alqışlarla qarşılanmışdır.