BAKIDA BEYNƏLXALQ BİZNES- KONFRANS KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 12-dən 14-dək Bakıda “Park İİN” hotelində “Azərbaycan biznesinin Avropa potensialı” mövzusunda beynəlxalq biznes-konfrans keçiriləcəkdir.
Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası, Azərbaycan Beynəlxalq Bankı, Avropa Vəkillər İttifaqı və JAVA İnvestments Management PLC-dir. Konfransda Avropanın 7 ölkəsinin biznes dairələrinin nümayəndələri iştirak edəcək, beynəlxalq məsləhətçilərin Avropada qeydiyyat və vergi məsələlərinə dair məruzələri dinləniləcək, azərbaycanlı iş adamlarının Avropa bazarına çıxışı ilə bağlı müzakirələr aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:40]
SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib
- 08.06.2026 [14:37]
® “Expressbank”dan Mingəçevirdə təmizlik aksiyası
- 08.06.2026 [12:43]
Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir
- 08.06.2026 [12:05]
® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda
- 08.06.2026 [11:47]
Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb
- 08.06.2026 [10:52]