Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
Bakı, 4 avqust, AZƏRTAC
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.