Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Hilton Baku” otel kompleksinin açılışı olmuşdur Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Bakıda “Hilton Baku” otel kompleksinin açılışı olmuşdur Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Bakı, 3 oktyabr (AZƏRTAC). Oktyabrın 3-də Bakının mərkəzində yerləşən “Hilton Baku” otel kompleksinin açılışı olmuşdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, son illər Azərbaycana turist axınının sürətli artımı müşahidə olunmaqdadır. 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması bu sahənin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açmışdır. Müasirləşən ölkəmizdə yüksək səviyyəli xidməti ilə seçilən mehmanxana komplekslərinin inşası geniş vüsət almışdır. “Hilton” otellər şəbəkəsi və onun sahibi “Hilton Worldwide” şirkəti 92 ildir biznes və istirahət məqsədilə səyahətə çıxan şəxslərə ən gözəl mehmanxanalar, xidmətlər, istirahət zonaları təklif edir. Özünün qlobal brendləri vasitəsilə qonaqlar yüksək xidmət ənənəsini davam etdirən “Hilton Worldwide” şirkətinin brendləri 84 ölkədə 3750 mehmanxanadan və 615 min otaqdan ibarətdir. Azərbaycanın paytaxtında inşa olunan “Hilton Baku” oteli də şirkətin xidmət sahəsində daha bir nailiyyətidir. Heydər Əliyev Beynəlxalq Aeroportundan 24 kilometr məsafədə yerləşən “Hilton Baku” otel kompleksi müasir dizaynı ilə seçilir. Otelin inşasında beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə ərazi ilə tanış oldular.

Bildirildi ki, hər növ yüksək xidmətin göstəriləcəyi otel kompleksi paytaxtın müasir görkəminə uyğunlaşdırılmışdır. “Hilton Baku” otel kompleksi “İSR Kapital Menecment” MMC və “Hilton Worldwide” şirkətləri arasında 2007-ci ildə imzalanan müqavilə əsasında inşa olunmuşdur. Türkiyənin “Koray İnşaat” şirkəti tərəfindən inşa edilən otelin tikintisində 700 işçi çalışmışdır. 25 mərtəbədən ibarət olan oteldə ümumilikdə 309 otaq vardır. Oteldə Finlandiya istehsalı olan beş müasir lift quraşdırılmışdır. Mehmanxananın birinci mərtəbəsində qeydiyyat mərkəzi və qonaqların istirahəti üçün rahatlığı ilə seçilən gözləmə otağı vardır.

Dövlətimizin başçısı burada “Şəkər-Lanç” və 200 nəfərlik “Silantro” restoranları ilə tanış oldu. Qeyd edildi ki, restoranlarda müştərilərə milli və dünyanın tanınmış mətbəxlərinin ləziz yeməkləri təqdim olunacaqdır.

Otelin 25-ci mərtəbəsindəki şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada bir saat ərzində 360 dərəcə fırlanan dairəvi istirahət yeri yaradılmışdır. Burada qonaqlara müxtəlif iaşə xidmətləri göstəriləcəkdir. İlin isti aylarında qonaqların açıq havada istirahəti üçün lazımi şərait yaradılmış kompleksin ən yuxarı mərtəbəsindən Bakının mənzərəsini seyr etmək mümkündür. Xəzər dənizinə açılan mənzərə isə xüsusilə diqqəti cəlb edir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, otelin 24-cü mərtəbəsində “Skay-Qrill” restoranı fəaliyyət göstərəcəkdir.

Bildirildi ki, otel kompleksində 2,5 min kvadratmetr sahəsi olan SPA və Fitnes Mərkəzində örtülü hovuz, masaj hovuzu, türk hamamı, 8 müalicə otağı, VİP SPA otağı yaradılmışdır. İdman mərkəzindəki bütün avadanlıqlar ABŞ-dan gətirilmişdir. Müasirliyi ilə diqqəti cəlb edən mərkəzdə ən yüksək şərait yaradılmışdır. “Hilton Baku” otel kompleksinin SPA və Fitnes Mərkəzi buraya müraciət edəcək hər bir kəsdə zəngin təəssürat doğuracaq, onlara mənalı istirahət bəxş edəcəkdir.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, otelin binasının 17 mərtəbəsi otaqlardan ibarətdir. Otaqların 231-i standart, digərləri isə xidmət çeşidlərinə görə fərqlənən otaqlardır. Ən yüksək standartlara cavab verən otaqlardan həm şəhərimizə, həm də Xəzər dənizinə gözəl mənzərə açılır. Bildirildi ki, burada dünya otel biznesində mövcud ən yüksək xidmət göstəriləcəkdir. Bütün otaqlarda istirahət üçün maksimum şərait yaradılmışdır. Otel simsiz internet şəbəkəsi ilə təmin edilmiş, fərdi kondisioner sistemi, fərdi seyflər və birbaşa çıxışlı telefon şəbəkəsi qurulmuşdur.

Məlumat verildi ki, ikinci və üçüncü mərtəbələrdə müxtəlif səviyyəli tədbir və görüşlərin keçirilməsi üçün ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 18 zal fəaliyyət göstərir. İkinci mərtəbədəki 750 nəfərlik böyük konfrans zalında beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Zalda, həmçinin müxtəlif ziyafətlərin, təqdimat mərasimlərinin keçirilməsi də mümkündür. Birinci mərtəbədən buraya avtomobillərin qaldırılması üçün xüsusi lift sistemi quraşdırılmışdır ki, bu, toy mərasimləri zamanı avtomaşının birbaşa maneəsiz hərəkətini təmin edir. Eyni zamanda, bu, müxtəlif avtomobillərin təqdimatının keçirilməsinə də imkan yaradır. Rəsmi görüş və qəbulların yüksək səviyyədə təşkili üçün ayrıca otaq da vardır. Burada həm işıq, həm də səsləndirmə sistemi yüksək səviyyədə qurulmuşdur.

Prezident İlham ƏLİYEV otelin kollektivi ilə görüşdü, onları salamlayaraq dedi:

- Sizi “Hilton” otelinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Çox şadam ki, şəhərin mərkəzində çox gözəl, müasir otel tikilib istifadəyə verilib. “Hilton” otellər şəbəkəsinin Azərbaycanda fəaliyyətə başlaması da çox əlamətdar bir hadisədir və onu göstərir ki, ölkəmiz sürətlə inkişaf edir, ölkəmizin xidmət sektoru da inkişaf edir. Belə məşhur otellər şəbəkəsinin Azərbaycanda fəaliyyətə başlaması özlüyündə bir göstəricidir.

Mən çox şadam ki, Bakının mərkəzində yerləşən bu oteldə bütün şərait yaradılıbdır. Buna heç şübhəm də yox idi, çünki “Hilton” dünya şöhrətli bir brenddir və təbii ki, bu hoteldə ən yüksək səviyyə tətbiq olunur. Otel çox böyük zövqlə tikilibdir. Həm istirahət etmək, qalmaq, eyni zamanda, müxtəlif tədbirlər keçirmək üçün bütün şərait vardır.

Bu otelin yaradılması əlbəttə ki, Azərbaycanın inkişafına investorların inamının təzahürüdür. İndi Azərbaycanda müxtəlif sahələrə böyük investisiyalar qoyulur, sənayenin inkişafı sürətlə gedir. Mən çox şadam ki, xidmət sektoruna da böyük həcmdə investisiyalar qoyulur. Otellərin yaradılması, eyni zamanda, onu göstərir ki, Azərbaycana xaricdən gələn turistlərin marağı, ölkəmizin tarixi, mədəniyyəti ilə tanış olmaq üçün gələnlərin sayı artır və qonaqları yaxşı qəbul etmək üçün indi bütün imkanlarımız vardır.

Son dövrlərdə bütövlükdə Azərbaycanda - Bakıda və bölgələrdə yeni gözəl otellərin tikintisi baş verir. Təkcə Bakı şəhərində bu il və gələn il beşulduzlu 6 otel fəaliyyətə başlayır və onların içində ikinci otel “Hilton”dur. Bundan sonra hələ 4 otel də açılacaq və əlbəttə bu, Prezident kimi məni çox sevindirir. Ancaq bu, otellər arasında rəqabətin güclənməsinə və nəticə etibarilə burada qalan turistlər, qonaqlar üçün daha da yaxşı şəraitin yaradılmasına gətirib çıxaracaqdır. Çünki hər bir ölkənin inkişafı üçün bütün sahələrdə sağlam rəqabət çox vacib rol oynayır.

Azərbaycana investisiyaların cəlb edilməsi işində dövlətimiz son illər ərzində çox böyük işlər görübdür. Təkcə keçən il ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Son 15 il ərzində isə Azərbaycana 100 milyard dollar investisiya qoyulmuşdur və son illər ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Xüsusi əhəmiyyət kəsb edən odur ki, təkcə neft-qaz sektoruna deyil, qeyri neft-qaz sektoruna - xidmət sektoruna investisiyalar qoyulur və “Hilton” otelinin fəaliyyətə başlaması dediyim sözlərin təsdiqidir.

Mən ümid edirəm ki, gələcəkdə Azərbaycanda - həm Bakıda, həm bölgələrdə inkişafla bağlı konkret layihələr icra ediləcək, öz həllini tapacaqdır. Həm Bakının, həm bölgələrin abadlaşması, gözəlləşməsi üçün Azərbaycan dövləti bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir. Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının inkişafı sürətlə gedir. Bakının özəlliyi ondan ibarətdir ki, şəhərimizin çox gözəl, böyük, təkrarolunmaz tarixi, mədəniyyəti, tarixi abidələri vardır. Biz haqlı olaraq fəxr edirik ki, Bakıda həm qədim tarix qorunub saxlanılır, həm müasirliyə, inkişafa doğru ciddi addımlar atılır.

Otelin yuxarı mərtəbələrindən açılan mənzərə göz oxşayır. Biz Bakının inkişafı ilə çox ciddi şəkildə məşğul oluruq. Bakının tarixi simasının qorunması ilə bərabər, müasir infrastrukturun yaradılması da vacib rol oynayır. Yeniləşən bulvar, onun uzadılması, Bayraq Meydanı ilə birləşməsi, Bayraq Meydanında indi gedən quruculuq-abadlıq işləri deyə bilərəm ki, dünya miqyasında nadir xarakter daşıyır. Əminəm ki, bir neçə aydan - Bayraq Meydanı istifadəyə veriləndən sonra Bakı sakinləri və gələn qonaqlar şəhərimizdən daha böyük zövq alacaqlar və inkişafımızla tanış olacaqlar.

Mən otelin yaradılmasında əməyi olan bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. İlk növbədə investorlara minnətdaram ki, onlar ölkəmizin gələcəyinə inanıb Bakıya çox böyük həcmdə investisiyalar qoymuşlar. “Hilton” otellər şəbəkəsinin rəhbərliyinə minnətdaram ki, onlar qərar qəbul ediblər ki, Bakıda otel açsınlar. Bu binanın tikintisində iştirak etmiş bütün inşaatçılara minnətdaram. Burada işləyən əməkdaşlara sözüm ondan ibarətdir ki, siz yaxşı bilirsiniz, ən gözəl otel odur ki, orada gözəl xidmət göstərilir. Xarici gözəllik, daxili dizayn, tərtibat - bütün lazımi məsələlər təbii ki, vacibdir. Ancaq xidmətdən çox şey asılıdır. Mən şübhə etmirəm ki, burada çox gözəl xidmət göstəriləcəkdir.

Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm.

X X X

“İSR Holdinq” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi inkişafın mühüm nəticələr verdiyini vurğuladı. Son illərdə ölkəmizdə beşulduzlu mehmanxanaların istifadəyə verilməsinin Azərbaycanda qeyri-neft sektorunun inkişafını göstərən mühüm amil olduğunu bildirən İsgəndər XƏLİLOV dedi:

- Bu gün açılışında iştirak etdiyimiz “Hilton Baku” oteli möhtərəm Prezidentimiz cənab İlham Əliyevin irəli sürdüyü iqtisadi siyasətin, islahatların həyata keçirilməsi nəticəsində ərsəyə gəlib. Müşahidələr göstərir ki, nəzərdə tutulan hər bir iqtisadi layihə Azərbaycanda sürətlə və keyfiyyətlə həyata keçirilir. Bunu şirkətimizə davamlı olaraq tez-tez gələn xarici qonaqlar da təsdiqləyirlər. Məsələn, bu otelin tikintisi 2010-cu ilin əvvəlində başlamış, 2011-ci ilin oktyabr ayında isə möhtəşəm bina artıq istifadəyə verilmişdir. Bu otel barədə çox danışmaq istəməzdim. Ona görə ki, yaxın zamanlarda Bakıda “Hilton”dan başqa, dünyanın ən tanınmış dörd brendi altında yeni otellər fəaliyyətə başlayacaqdır.

“Hilton Worldwide” şirkətinin vitse-prezidenti Maykl KOLLİNİ dövlətimizin başçısına təşəkkür edərək “Hilton Baku” otelinin açılışında iştirak etməkdən məmnun olduğunu bildirdi. Qeyd etdi ki, dünyanın 80 ölkəsində olan “Hilton” otellərinin sayı artıq 500-ə çatır. “Əslində olduqca dinamik və sürətlə inkişaf edən Bakıda bu otelin açılmasından çox şadıq”,- deyən Maykl Kollini bu “Hilton Baku”nun uğurla fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, bir daha kollektivə uğurlar arzuladı.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 462 milyon dollarlıq razılaşmalar əldə edib

Ekspert: “Huawei”nin filmi Xınalığın timsalında rəqəmsal inkişafın nəticələrini ortaya qoyur

İran Hörmüz boğazında insidentlərin qarşısını almaq üçün rabitə kanalı yaradılmasına razılıq verib

ABŞ Prezidenti: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq qlobal iqtisadi böhran riskindən daha vacibdir

Moldovada azərbaycanlı avarçəkən qardaşlar 6 medal qazanıblar

Tramp: İranın sanksiyaların ləğvindən əldə edəcəyi vəsait ABŞ-dən ərzaq alınmasına yönəldiləcək

Türkiyə-Azərbaycan münasibətlərinin müxtəlif sahələri Bursada geniş təhlil edilib

Tramp: Ötən gün Hörmüz boğazından indiyə qədər keçdiyindən daha çox neft daşınıb

Almaniya NATO-nun şərq cinahında hərbi hazırlığını gücləndirir

Vens: Son 36 saat ərzində aparılan müzakirələr məhsuldar keçib

Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb

Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı

Ukrayna dronları ilin əvvəlindən 167 min rus hərbçisini öldürüb və ya ağır yaralayıb

Paytaxt sakinləri üçün ictimai dinləmə sosial xidmətlərə həsr olunacaq

Bakıda ərəb dili üzrə beynəlxalq təlim proqramının bağlanış mərasimi olub

Messi dünya çempionatları tarixinin bombardiri olub

Türkiyə XİN: Qara dənizdə mülki gəmilərin təhlükəsizliyi ölkəmizin prioritetləri sırasındadır

Maya Sandu Aİ-Moldova sammitini dəyərləndirib

Zaqatalada küləyin yaratdığı fəsadlar aradan qaldırılır

Azərbaycan və Türkmənistan idmanda təcrübə mübadiləsini genişləndirir

Almaniyada Türk dünyasının ortaq mədəni irsinin təbliği məsələsi müzakirə olunub

Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunub

Türkiyə və İran prezidentləri bölgədəki son vəziyyət barədə danışıblar

Berlin və Paris KNDS müdafiə sənayesi konsernində Almaniyanın payı ilə bağlı razılığa gəlib

Rubio bu həftə Yaxın Şərqə səfər edəcək

Milli Məclisdə BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüş olub

Milli Məclis ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əlaqələr genişlənir

Bu saata olan əsas xəbərlər

Xəzərin iki sahilində güclənən strateji qardaşlıq ŞƏRH

Rəssam Röya Həsən: Natəvan adı mənəvi gözəlliyin simvoluna çevrilib

Rəcəb Tayyib Ərdoğan: Ankara qlobal diplomatiyanın mərkəzinə çevrilir

Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib VİDEO

Gürcüstanda əcnəbilərlə bağlı qanunun tələbləri sərtləşdirilir

Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb

QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında ilk beşlikdə yer alıb

Qətərdə baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

İtaliyada təhsil alan azərbaycanlı: Əsas məqsədim qazandığım təcrübəni gənclərlə bölüşməkdir

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Politoloq: İslam İnkişaf Bankının Azərbaycana etimadı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir

Ankara Universitetinin müəllimi: Azərbaycan musiqisi dünya mədəniyyətinə fundamental töhfədir

Bakının bir sıra rayonlarında suyun verilişində müvəqqəti qrafik rejimi tətbiq olunur

İsrailli politoloq: AİHM-in Azərbaycanla bağlı qərarı siyasi müstəvidə qiymətləndirilməlidir

“20 il, 2 ürək, 1 həyat”

Gənclər və idman naziri qadın millimizin dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib

Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri DOST Mərkəzi ilə tanış olub

BDU-nun doktorantı Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır

Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir YENİLƏNİB

Akademik: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik prioritet istiqamət kimi diqqətdə saxlanılır

Çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionu olmaq üçün yaxşı şansımız var

Rizvan Qarabağlı: Ermənistan işğal altındakı alban irsini sistemli şəkildə saxtalaşdırıb

Balaton turizm rekorduna hazırlaşır

Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın da rolu var

İlham Osmanov: Oktyabrda növbəti tanqo marafonumuzu təşkil etməyi planlaşdırırıq

“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru VİDEO

“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru VİDEO

Brüsseldə Avropa ilə Asiya arasında marşrutun inkişafı müzakirə olunur

İsveçdə ilan sancmasından zərər çəkmiş ev heyvanlarının sayı kəskin artıb

İran Qərb şirkətlərinin neft sənayesinə sərmayə yatırmasına razıdır

Dilçilik İnstitutunda I Türkoloji Qurultaya həsr olunan kitablar mühüm elmi nəticələr kimi qiymətləndirilib

Bu ilin 5 ayında 111 milyon 793 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Baş nazir Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb VİDEO

Baş nazir Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb VİDEO

Qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb

Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri bəlli olub

Vəkillər Kollegiyasının nümayəndə heyəti İtaliyada beynəlxalq konfransda iştirak edib

® “Kapital Bank” sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

Yılmaz Vural: Türkiyə futbolda öz potensialından tam istifadə edə bilmir

Vens: İranın dondurulmuş aktivlərinin qaytarılması ABŞ-yə fayda verəcək

Azərbaycanın nəqliyyat sahəsində idarəetmə və satınalma üzrə təcrübəsi nümunə kimi təqdim olunub

Xəzərdə batan 4 nəfərdən 3-nün meyiti sudan çıxarılıb, 1-nin axtarışı davam etdirilir – YENİLƏNİB 2

® “Ucard”: 30 min manatadək geniş imkan və 72 günədək rahatlıq!

ABŞ şirkətlərinin ölkəmizdə investisiya layihələrinə cəlb edilməsi imkanları nəzərdən keçirilib

Qətərin Baş naziri: Netanyahu yenidən Yaxın Şərqdə gərginliyi artırır

Sahibkarlar əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması barədə məlumatlandırılıblar

Azərbaycanda duz istehsalı 30 faiz artıb

Hörmüz açılandan sonra İran nefti daha ucuz qiymətə təklif olunur

Milli Kitabxanada təqdimat: “Bəhram Mansurov. Biblioqrafiya”

Hindistanda təhsil mərkəzində baş verən yanğın nəticəsində 14 nəfər ölüb

Bakıda müsəlman qadın parlamentarilərinin rolu müzakirə olunub

BDYPİ: “Piyada təhlükəsizliyi həftəliyi” çərçivəsində zəruri tədbirlər görülüb VİDEO

BDYPİ: “Piyada təhlükəsizliyi həftəliyi” çərçivəsində zəruri tədbirlər görülüb VİDEO

UFC turnirində debüt edəcək "Tank" ləqəbli döyüşçümüz: Məqsədim yalnız qələbədir

Bölgələrdə yağıntılı hava şəraiti davam edəcək

Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir

Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik

Vens: İran-ABŞ danışıqları bir neçə gün və ya həftə ərzində bərpa olunacaq

Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır

İran Prezidenti sabah Pakistana gedir

Bu ilin beş ayında 190 min tondan çox tərəvəz və meyvə idxal olunub

Voronejdə PUA hücumundan sonra fövqəladə vəziyyət elan edilib

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzanidən

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamdan

Bu ilin 5 ayında narkotik vasitələrlə bağlı 3766 cinayət faktı aşkarlanıb

Yanvar-aprel ayları ərzində keçirilmiş elektron satınalmalar məbləğ üzrə 14 faiz artıb

Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə elektron tematik xəritələr hazırlanır

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Baş katibin müavini: Azərbaycanın qadın siyasəti digər ölkələr üçün nümunəvi model hesab oluna bilər

Beynəlxalq tədbirlər Azərbaycanın artan nüfuzunu təsdiqləyir RƏY

Nigar Məmmədova: Qadın parlamentarilər cəmiyyətlərimizin inkişafında və sülhün təşviqində mühüm rol oynayırlar

Albaniyalı alimlər Azərbaycanın zəngin yazılı irsi və qədim əlyazmaları ilə tanış olublar