BAKIDA İRAN FİLMLƏRİ FESTİVALI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, oktyabrın 6-da Bakıda İran filmləri festivalı açılacaqdır. Altı gün davam edəcək festivalda 5 tammetrajlı bədii, 13 qısametrajlı film nümayiş etdiriləcəkdir. Onların arasında Rəhbər Qənbərinin “O”, Babək Şirinsifətin “Sıfır saatının qatarı”, Hüseyn Fəzlinin “Biçinçi”, Məcid Məcidinin “Ata” filmləri də vardır. Filmlər “Nizami” kinoteatrında nümayiş etdiriləcəkdir.
Nazirlikdən bildirmişlər ki, bu ilin noyabrında Bakıda İranın kino işçiləri ilə görüş keçiriləcək, əməkdaşlığın genişləndirilməsi, Azərbaycan filmlərinin qonşu ölkədə nümayiş etdirilməsi məsələləri müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]