Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində beynəlxalq konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 9 oktyabr, G.Mahmudlu, T.Babayeva, AZƏRTAC

Oktyabrın 9-da Gülüstan Sarayında Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Daha sonra açılış sessiyasında çıxış edən Əli Nağıyev itkin düşmüş şəxslərlə bağlı artıq üçüncü ildir təşkil olunan beynəlxalq tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verib. Xidmət rəisi Prezident İlham Əliyevə konfransın keçirilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirərək, itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məsələsində dövlətimizin başçısının qətiyyətli və prinsipial mövqeyini qeyd edib. Hazırda Dövlət Komissiyasında 3 min 990 nəfərin itkin şəxs kimi qeydiyyata alındığını, bu vaxtadək işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqlarının müəyyən olunaraq ekshumasiya edildiyini vurğulayan Dövlət Komissiyasının sədri itkin düşmüş şəxslərdən artıq 187 nəfərinin şəxsiyyətinin eyniləşdirilərək ailələrinə təhvil verildiyini, habelə axtarış-qazıntı işləri nəticəsində Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində növbəti kütləvi məzarlığın aşkarlandığını diqqətə çatdırıb. O, 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin 9-cu maddəsinin itkin şəxslərin taleyinin müəyyən edilməsi sahəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsini nəzərdə tutduğunu, Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət komissiyaları arasında son vaxtlarda mütəmadi əsasda davam edən təmasların, həmçinin müvafiq beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsinin bu işə töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Konfransda çıxış edən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bomberger son on ildə dünyada itkin düşənlərin sayının xeyli artdığını diqqətə çatdırıb. O bildirib ki, hazırda dünyada silahlı münaqişələrin sayı ən yüksək həddə çatıb. Bunun nəticəsində itkin düşənlərin sayı da artmaqdadır. İtkin düşmə hallarının başqa bir səbəbi də qlobal istiləşmədir. Meşə yanğınları, qasırğalar, daşqınlar dünyada itkinlərin sayını artırır. Bununla bağlı digər mühüm məsələ miqrantların itkin düşməsidir. Hazırda dünyada təxminən 1 milyard insan köç halındadır və onların bir çoxu itkin düşür. Katrin Bomberger, həmçinin deyib ki, əməkdaşlıq həqiqətən də itkin düşmüş şəxslərin taleyinin araşdırılmasında çox vacibdir: “Konfransın əsas açar sözlərindən biri də əməkdaşlıqdır. Ailələrin bu məsələlərlə bağlı yüzlərlə sualı var. Onlarla işləmək çox önəmlidir. Qurumlararası əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir”.

Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti, general-leytenant Giorgio Battisti qeyd edib ki, həm hərbi, həm də mülki şəxslərin müharibə qanunlarını başa düşməsi olduqca önəmlidir. Rəhbərlik etdiyi qurum barədə məlumat verən G.Battisti bildirib ki, 1970-ci ildə təsis olunan Beynəlxalq Humanitar Hüquq İnstitutu ötən 50 il ərzində müxtəlif təşəbbüslərlə çıxış edib. 160 ölkədən 4 mindən çox iştirakçı humanitar hüquqla bağlı tədbirlərdə iştirak edib: "Beynəlxalq təşkilatlarla işbirliyimiz nümunəvidir. Biz fəal olaraq beynəlxalq, regional, lokal səviyyədə dövlətlərlə iş birliyimizi gücləndiririk. İtkin düşmüş şəxslərlə bağlı məsələ bizi narahat edir. Xüsusilə də insanların itkin yaxınları ilə bağlı məlumat almaq hüququnu nəzərə alırıq. Biz dəyirmi masa keçirir, itkin düşmüş şəxslərin problemlərini humanitar böhran fonunda müzakirə edirik. Belə hallarda insan hüquqları ön plana çıxır. Beynəlxalq Humanitar Hüquq İnstitutu bu məsələdə xüsusilə fəaldır. Fundamental insan hüquqlarının, azadlıqlarının təmin olunması gələcək nəsillərin sabitliyi baxımından önəmlidir. Önləyici tədbirlərlə bir sıra faciələrin qarşısını ala bilərik".

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri, İtkin düşmüş şəxslərin qalıqlarının tapılması və ötürülməsi üzrə Qurumlararası Komissiyanın rəhbəri Tea Axvledianinin fikrincə, silahlı münaqişələr və ya digər hallar nəticəsində insanların itkin düşməsi ən dağıdıcı və davamlı humanitar böhranlardan biri olaraq qalmaqdadır. Bu, xüsusilə uzun illər, bəzən isə onilliklər boyu qeyri-müəyyənlik və ağrılı itki ilə yaşayan ailələr və icmalar üçün dərin bir insan faciəsidir. Komissiya rəhbəri qeyd edib ki, ölkələri birləşdirən ortaq məqsəd mümkün qədər çox ailəyə itkin düşmüş yaxınlarının taleyi və harada olmaları barədə cavablar verməkdir: “Bu ortaq öhdəlik bizi bir araya gətirir və əməkdaşlıqla tərəfdaşlığın böyük əhəmiyyətini ön plana çıxarır. Dövlətlər arasında, eləcə də humanitar təşkilatlar və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq, məlumatlılığı artırmaq, təcrübə və gələcək baxışları bölüşmək, eləcə də itkin düşmüş şəxslər faciəsinə daha təsirli və ləyaqətli cavab verilməsini təmin etmək baxımından mühüm rol oynayır”.

Türkiyənin ədliyyə nazirinin müavini Hurşit Yıldırımın sözlərinə görə, məcburi itkin düşmənin nəticəsi ölüm olmasa da, bu hadisənin həmin şəxs üzərində təsirlərinin ömür boyu davam edəcəyi qaçılmazdır. Nazir müavini fikirlərinə belə davam edib: “İtkin düşmüş şəxslərlə bağlı problemə həsr olunan konfrans beynəlxalq səyləri artırmaq və beynəlxalq əməkdaşlığı gücləndirmək baxımından önəmlidir. İtkin şəxslər problemi təkcə keçmişin, tarixin problemi deyil. Bu konfrans ilə problemin həll edilməsi, qarşısının alınması baxımından səmərəli müzakirələrin aparılacağı bir platforma yaradılması itkin düşən şəxslərin ailələrinin haqlarının qorunması kimi bir çox vacib məsələləri ön plana çıxaracaq. Bu çərçivədə itkin şəxslərin yerini müəyyən etmək, şəxsiyyətlərini müəyyənləşdirmək üçün müxtəlif məhkəmə ekspertizası və yeni texnologiyaların tətbiqinin faydalı olacağına inanıram”.

Konfransda çıxış edən Xorvatiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Stepan Mesiç məsələ ilə bağlı öz təcrübəsini və fikirlərini bölüşərək deyib: “Xorvatiyanın Prezidenti olduğum vaxt mənim həm bir imtiyazım, həm də böyük bir məsuliyyətim var idi. Yüzlərlə ana, ata, uşaq və həyat yoldaşları ilə görüşmək. Onlar mənim qarşıma yalnız bir sualla çıxırdılar: “Bizim əzizlərimiz haradadırlar?”. Bu təcrübə mənə öyrətdi ki, itkin düşmüş şəxslər məsələsi heç vaxt yalnız statistika deyil, bu, dərin humanitar və sivilizasiyaya aid bir problemdir”.

Sabiq Prezident bildirib ki, itkinlərin tapılması və identifikasiyası, ailələrinə cavabların verilməsi olmadan həqiqi sülh yoxdur. Çünki sülh yalnız silahların susması demək deyil. “Xorvatiyanın təcrübəsi açıq şəkildə göstərir ki, itkin düşmüş şəxslər haqqında cavab verilməyən suallar qalana qədər heç bir sülh sazişi, reinteqrasiya və münasibətlərin normallaşması tam ola bilməz. Bu dərs ağır və ağrılıdır, lakin universaldır. O, Balkanlar, Qafqaz, Ukrayna, Yaxın Şərq və münaqişələrdən əziyyət çəkən hər bir başqa region üçün keçərlidir”, - deyə Stepan Mesiç əlavə edib.

Moldovanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiçi qeyd edib ki, itkin düşmüş insanların taleyi ən ağrılı humanitar faciələrdən biridir: “Bu gün də vurğulandığı kimi, hər bir itkin insanın arxasında ailələr var”.

O deyib ki, itkin düşmüş şəxslər məsələsi bütövlükdə humanitar reallığın bir hissəsidir. “Tarix bizə göstərir ki, son onilliklərdə bəşəriyyət böyük güc əldə edib. Normal halda biz bu gücdən qurmaq, inşa etmək və yenilik yaratmaq üçün istifadə etməliyik, amma çox zaman bu əksinə olur. Tez-tez cəmiyyətlərimiz dialoqu, sülhü deyil, qarşıdurmanı, münaqişəni seçir. Halbuki hər bir böyük böhran güc tətbiqi ilə deyil, dialoq və əməkdaşlıqla həll olunub. Məhz buna görə inanıram ki, bəşəriyyətə yeni bir liderlik fəlsəfəsi lazımdır”, - deyə Kiril Qaburiçi vurğulayıb.

Bosniya və Herseqovinanın İtkin Düşmüş Şəxslər İnstitutunun İdarə Heyətinin sədri Marko Yurişiç diqqətə çatdırıb ki, itkin düşmüş şəxslərin ailə üzvləri bizim düşüncə və fəaliyyətlərimizin mərkəzində olmalıdırlar. Əminəm ki, itkin düşmüş şəxslər məsələsi həll olunmadan demokratik cəmiyyət qurmaq mümkün deyil. Bu, insan hüquqlarının əsas məsələlərindən biridir. Onun fikrincə, itkin düşənlərin ailə üzvlərinin ağrı və travmaları aradan qaldırılmadan barışıq və yaxşı qonşuluq münasibətləri də mümkün ola bilməz. “Müharibə bəlası dünyanın üzərində dolaşmaqdadır. Hər gün dünyanın müxtəlif yerlərində onlarla insan mənasız münaqişələrdə öldürülür. Müharibələr dayanmır. Əksinə, daha da amansız gələcək münaqişələrin kölgələri görünür. Bu amansız müharibə və münaqişələrin arxasında dağıntılar, öldürülən insanlar, itkin düşmüş şəxslər qalır”, - deyə Marko Yurişiç əlavə edib.

Keniya parlamentinin senatoru professor Tom Odhiambo Ojienda Azərbaycanın itkin düşmüş şəxslərin probleminə yanaşmaya görə beynəlxalq model olduğunu deyib. O nəzərə çatdırıb ki, müxtəlif rejimlərin fəaliyyəti nəticəsində bəşəriyyət itkin düşmüş şəxslər problemi ilə üzləşib: "Belə vacib məsələni qabartdığı üçün Azərbaycana təşəkkür edirəm. Üçüncü dəfədir, keçirilən bu tədbir ümumi anlaşmaya aparır. İtkin düşmə halı daha çox müharibə, sonra isə miqrasiya, fəlakətlər nəticəsində yaranır. İtkin düşmə halı olduqda yalnız beynəlxalq əməkdaşlıq cəhdləri bu faciənin həll olunmasına töhfə verə bilər. İtkin düşmüş şəxslər problemi elədir ki, hər bir ölkə buna sahiblənməlidir. Bu, sərhədləri aşan problemdir. Sərhədlər itkin düşən şəxslərin axtarışına mane olmamalıdır. Kollektiv tədbir olmalıdır ki, dialoqu növbəti mərhələlərə çıxara bilək".

Rumıniyanın Baş nazirinin sabiq müavini və ədliyyə naziri Ana Birçal diqqətə çatdırıb ki, dünyada müharibələr, münaqişələr, zorla didərgin salınma halları baş verir və milyonlarla ailə bunu böyük ağrı ilə müşahidə edir. Bu hadisələr sərhəd tanımır. Təəssüf ki, məlumatlar da, hüquq sistemləri də çox vaxt natamam olur. Əgər biz beynəlxalq əməkdaşlıqdan faydalanmaq istəyiriksə, qorxmadan açıq danışmalıyıq. O, hər bir itkin düşmüş şəxsin arxasında bir ailənin dayandığını qeyd edərək deyib: “Bu ailələr çox vaxt nəyə ümid etdiklərini bilmədən gözləməyə davam edirlər. Hər bir ailənin bir ümumbəşəri sualı var - “Onlar haradadırlar?”. İtkin düşənlərlə bağlı məlumatların ailələrə açıqlanmaması, onların xəbərsiz saxlanılması insan hüquqlarının ciddi şəkildə pozulması deməkdir”.

Birləşmiş Krallıq Parlamenti Birləşmiş Krallığın Xarici İşlər Ofisində sabiq nazir Rəhman Çişti bildirib ki, Azərbaycan növbəti dəfə önəmli mövzuda keçirilən konfransa ev sahibliyi edir. “Prezident İlham Əliyevə təşəkkür edirəm. Prezident İlham Əliyev beynəlxalq miqyasda öndərdir. 2023-cü və 2024-cü illərdə də Azərbaycan bu mövzuda beynəlxalq tədbir keçirib. Bugünkü konfransla Azərbaycan bir daha liderliyini göstərdi. Dünyadakı münaqişələrə baxdıqda görürük ki, itkin düşmüş şəxslərlə bağlı rəqəmlər artır. İtkin düşmüş şəxslərin axtarılması üçün birlikdə addımlar atılmalıdır. Burada müştərək fəaliyyət qurulmalıdır. Onların axtarışı barışığın qurulması baxımından da önəmlidir. Bu proses müxtəlif qurumlar arasında dialoqdur. İtkin düşmüş şəxslərlə bağlı informasiyanın çatdırılmaması da beynəlxalq hüququn pozulmasıdır və sanksiya yaradacaq haldır", - deyə Rəhman Çisti diqqətə çatdırıb.

İtkin düşmüş şəxslər üzrə Qlobal Alyansın həmsədri, Xorvatiyadan olan nümayəndəsi Vlatka İvanda Çukun fikrincə, itkin düşmüş şəxslərin axtarışı tək münaqişə zamanı deyil, ondan sonra da bütün tərəflərin öhdəliyidir. Ona görə də qarşıdurmada olan tərəflər münaqişədən sonra da itkin düşmüş şəxslərin tapılması, identifikasiyası üçün bütün lazımi tədbirləri davam etdirməlidirlər. Onun sözlərinə görə, itkin düşmüş şəxslərin faciəsi silahlı münaqişələrin çərçivəsindən, bir ölkənin hüdudlarından kənara çıxır. “Əziyyət çəkən ailələrə köməyin göstərilməsi hər kəsin müştərək məsuliyyətidir. Bu, gələcəkdə münaqişələrin təkrarlanması riskinin önlənməsi deməkdir. Eyni zamanda, fəal axtarışların həyata keçirilməsi, ailələrə dəstəyin göstərilməsi cəmiyyətə irəliləmək imkanı verir. Məhz buna görə də itkin düşmüş şəxslər üzrə Qlobal Alyansın üzvləri də daxil olmaqla, bir çox sayda dövlətlərin itkin düşmüş şəxslərin tapılması və ailələrinə dəstək mexanizmlərini, təsisatlanmanı, institusional strukturu görürük. Bu da təqdirəlayiqdir. Çox sayda dövlətlər üzərilərinə əlavə öhdəliklər götürüb bu məqsədlərə nail olurlar. Belə təqdirəlayiq təcrübə bu məsələnin həllinə yönəlmiş cəhdlərə əlavə dəyər qata bilər. Biz bu təcrübəni dəstəkləməliyik. Siyasi iradə olmadan proseslər öz nəticəsini tam verə bilməyəcək, uğur imkanlarımız məhdud olacaq. Azərbaycan qlobal alyansın həmtəsisçilərindən biridir. Buradakı siyasi iradəyə, itkin düşmüş şəxslərlə bağlı bütün tədbirlər və təşəbbüslərə görə Azərbaycana təşəkkür edirik. Ekspertlərin qarşılıqlı təcrübə mübadiləsi apara bilməsi çox vacibdir".

Sonra Dövlət Komissiyası ilə Bosniya və Herseqovinanın İtkin düşmüş şəxslər İnstitutu arasında əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.

Konfrans işini sessiyalarla davam etdirib.

Bağlanış sessiyasında çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov Bakıda keçirilən beynəlxalq konfransın itkin düşmüş əzizlərinin yolunu gözləyən vətəndaşlarımızda yeni ümidlər yaratdığını bildirib. Qeyd olunub ki, onlar bu illər ərzində diqqət və qayğı ilə əhatə olunsalar da, itkin yaxınlarının taleyinə aydınlıq gətirilməsi həmin ailələr üçün daha vacib əhəmiyyət kəsb edir.

Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar yüksək təcrübəyə malik dövlət və təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu söyləyən Q.Əhmədov bildirib ki, insanların bu iztirablardan qorunması üçün yalnız bir yol var: silahlı münaqişələrin qarşısının alınması və dayandırılması, insanların itkin düşməsinə səbəb olan hər bir hala qarşı beynəlxalq səylərin birləşdirilməsi.

“Son illər silahlı münaqişələrin artması ciddi narahatlıq yaradır. Yerli və beynəlxalq xarakter daşımasından asılı olmayaraq, istənilən silahlı münaqişə insanların itkin düşməsinə və həyatını itirməsinə, ağır humanitar böhrana səbəb olur. XXI əsrdə yaşamağımıza baxmayaraq, silahlı münaqişələr zamanı hamılıqla qəbul edilmiş beynəlxalq humanitar hüquq normalarına əməl edilməməsi, müharibə cinayətlərinin adi hal alması, mülki insanların bir çox hallarda bilərəkdən hədəfə çevrilməsi, humanitar məsələlərin siyasiləşdirilməsi, ikili standartlar və cəzasızlıq mühiti təəssüf doğurur və humanitar böhranın dərinləşməsinə açıq şərait yaradır. Hesab edirik ki, bunun üçün dünyada yeni çağırışlara, yeni səylərə, yeni konsepsiyalara və yanaşmalara ciddi ehtiyac var”, - deyə Q.Əhmədov qeyd edib.

Sonda konfransın yekun bəyanatı qəbul edilib.

Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində beynəlxalq konfrans keçirilib YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib