Bakıda keçirilməsi nəzərdə tutulan idman gimnastikası üzrə dünya kuboku yarışları ləğv olunub
Bakı, 27 yanvar, AZƏRTAC
Martın 4-7-də Bakıda keçirilməsi nəzərdə tutulan idman gimnastikası üzrə dünya kuboku yarışları ləğv olunub.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, yarışın ləğv olunması koronavirus infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
Qeyd edək ki, mayın 7-9-da Bakıda bədii gimnastika üzrə dünya kuboku turnirləri, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları (21-23 may) və 16-cı dünya çempionatı (27-29 may), batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 35-ci dünya çempionatı, eləcə də 28-ci dünya yaş qrupları yarışlarının (19-22 noyabr) keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]