BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
![]() |
![]() |
![]() |
![]() |
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, bazar günü burada əhaliyə 11,2 ton məhsul, o cümlədən 1 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz, 2 ton kartof, 5 ton meyvə, 15 min ədəd yumurta təklif olunmuş, ümumiyyətlə, şənbə və bazar günləri 31,5 ton məhsul satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində yarmarkada paytaxt sakinlərinə Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax və Biləsuvar rayonlarından müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları təklif olunurdu. Şəhər sakinləri təzə, ucuz və keyfiyyətli məhsulları həvəslə alırdılar.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri yarmarkada 11,8 ton ət, 43,3 ton kartof, 63, 7 ton meyvə, min ədəd yumurta, 1, 4 ton ağartı, 75, 6 ton tərəvəz və digər kənd təsərrüfatı məhsulları satılmışdır.
Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada bazar günü böyük qələbəlik müşahidə olunurdu.
Xaçmaz, İmişli, Tovuz, Astara, Salyan, Neftçala, Oğuz və Qobustan fermerləri hər həftə olduğu kimi, yenə də bakılılara müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təklif edirdilər.
Kənd Təsərrüfat Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirmişdir ki, fermerlərin gətirdiyi 3,75 ton mal və qoyun əti, 29 ton tərəvəz, 16,5 ton kartof, 38,5 ton meyvə, 0,65 ton konserv, 0,3 ton ağartı, 12 min ədəd yumurta qısa müddətdə satılmışdır.



