Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda kompüterləşdirilmiş tranzit sisteminə qoşulmağa hazırlıq prosesi ilə bağlı seminar keçirilir

Bakı, 12 mart, Elvin Camalov, AZƏRTAC

Martın 12-də Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Dövlət Gömrük Komitəsinə ümumi tranzit proseduru və mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzv olma, eləcə də Avropa yeni kompüterləşdirilmiş tranzit sisteminə (NCTS) qoşulmağa hazırlıq prosesində dəstək” adlı milli seminar başlayıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək seminarın məqsədi Ümumi Tranzit Proseduru haqqında Konvensiyanın üzv dövlət tərəfindən tətbiqi üçün əsas qaydalar barədə iştirakçıları məlumatlandırmaqdan ibarətdir.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev yerləşdiyi coğrafi məkan baxımından qədim İpək Yolunun fəaliyyətində ölkəmizin mühüm rolu barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın beynəlxalq ticarətdəki tarixi missiyasını özünə qaytarmaq məqsədilə gördüyü mühüm işlərdən bəhs edən komitə sədri 1998-ci ildə Ulu Öndərin şəxsi təşəbbüsü ilə qədim İpək Yolunun bərpası ilə bağlı Bakıda beynəlxalq konfransın keçirildiyini və mühüm sazişin imzalandığını diqqətə çatdırıb.

Ümummilli liderin bu sahədəki uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Aydın Əliyev dövlət başçısının bu istiqamətdə gördüyü işlərdən ətraflı bəhs edib. Prezident İlham Əliyevin fərmanına əsasən 2009-cu il yanvar ayının 1-dən sərhəd-keçid məntəqələrində “bir pəncərə” sisteminin tətbiqini komitə sədri bu sahədə atılan mühüm addımlardan biri kimi qiymətləndirib. 2015-ci ilin iyul ayında Nazirlər Kabinetinin iclasında çıxışı zamanı qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstək və nəqliyyat sektorunun inkişaf etdirilməsi istiqamətində ölkə başçısının tapşırıqlarını xatırladan Aydın Əliyev bildirib ki, bundan sonra ölkəmizin nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Komitə sədri sonrakı illərdə bir sıra ölkələr üçün nümunəvi qanunvericilik aktları qəbul edildiyini vurğulayaraq nəticədə sərhəd-keçid məntəqələrində fəaliyyətin sadələşdirilmiş qaydada həyata keçirilməsi, gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin minimuma endirilməsi, elektron bəyannamənin tətbiqi və tranzitin inkişafı ilə bağlı gömrük orqanlarının qarşısında konkret məsələlər qoyulduğunu diqqətə çatdırıb.

Aydın Əliyev bildirib ki, ölkəmizin tranzit imkanlarının artırılması məqsədilə görülən işlər çərçivəsində 2016-cı ilin dekabr ayında təsdiq edilən “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə bu sahədə həyata keçiriləcək konkret tədbirlər müəyyənləşdirilib və həmin tədbirlərin biri kimi Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulmaq barədə Azərbaycan gömrük orqanları və əlaqədar qurumlar qarşısında məsələ qoyulub. Ötən ilin dekabr ayında Azərbaycanın xüsusi müşahidəçi statusunu alaraq ilk mərhələni uğurla keçdiyini diqqətə çatdıran komitə sədri, əlaqədar qurumlarla birlikdə görülən işlərin tezliklə müsbət nəticə verəcəyinə inamını ifadə edib.

Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inşasından da bəhs edən Aydın Əliyev Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının ikinci iclasının bu qurum tərəfindən cari ilin may ayında Bakıda keçirilməsinə qərar verilməsinin də ölkəmizin tranzit imkanlarının genişlənməsində mühüm rol oynayacağını bildirib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov yükdaşımalarla bağlı görülən işlər barədə məlumat verib.

N.Səfərov Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində nəqliyyat infrastrukturunun yenidən qurulması və ölkəmizin tranzit potensialının gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Nazir müavini Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Gəmiqayırma zavodunun inşası, Bakı-Böyük Kəsik dəmiryolunun yenidən qurulması, bir neçə beynəlxalq hava limanlarının tikilərək istifadəyə verilməsi, yeni nəqliyyat vasitələrinin alınmasını bu sahədə atılan uğurlu addımlar kimi qiymətləndirib. Niyazi Səfərov Prezident İlham Əliyevin fərmanı ilə 2015-ci ildə “Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurası”nın yaradıldığını və bu qərarın ölkənin tranzit potensialının gücləndirilməsi sahəsində mühüm işlərin görülməsinə və müsbət nəticələrin əldə olunmasına şərait yaratdığını diqqətə çatdırıb. Belə ki, 2017-ci ildə ölkə ərazisindən 10,4 milyon ton yük daşınıb ki, bu da 2016-cı illə müqayisədə 16 faiz çoxdur.

Tədbirdə ekspert qismində iştirak edən Slovakiya Respublikasının Maliyyə Direktorluğunun Gömrük Bölməsinin direktor müavini Marian Çodak bildirib ki, seminar çərçivəsində iştirakçılara Ümumi Tranzit Konvensiyasına qoşulmağın faydaları, bu konvensiyaya qoşulma qaydaları barədə məlumat veriləcək, layihənin Azərbaycana faydalarından bəhs olunacaq.

Qeyd edək ki, seminarda Slovakiya Respublikasının Maliyyə Direktorluğunun Gömrük Bölməsinin direktor müavini Marian Çodak və Slovakiya Respublikasının Maliyyə Direktorluğunun Gömrük Bölməsinin NCTS üzrə mütəxəssisi Miroslav Bujna tərəfindən iştirakçılara əsas tranzit prosedurları - coğrafi əhatə dairəsi, tranzit gömrük prosedurunun məqsədləri, Ümumi Tranzit Prosedurunun coğrafi tətbiqi, konvensiyaya qoşulmaq üçün şərtlər, tranzit prosedurunun həyata keçirilməsi və digər mövzularda məlumat veriləcək.

Seminarda Dövlət Gömrük Komitəsi ilə yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər, Ədliyyə, Maliyyə və İqtisadiyyat nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının, Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qapalı səhmdar cəmiyyətlərinin, Tranzit Daşımalar üzrə Koordinasiya Şurasının nümayəndələri iştirak edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nərimanov rayonunda obyektdə yanğın başlayıb

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Beş tondan artıq narkotik vasitə məhv edilib

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Donald Tramp: İnflyasiyanı bəyənirəm

Teatr sənətinin vurğunu

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb

PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur

Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib

BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb

Krasnodar hava limanında 34 reys təxirə salınıb

® Əsəd Qurbanzadə: Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır

SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiyayönümlü modelə keçidi uğurla həyata keçirir

SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub

Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür

NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var

Culfada yaşayış binasında yanğın olub

Nazir müavini: Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir

Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub

Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır

Çinli alimlər irsi əzələ distrofiyasının müalicəsində ciddi irəliləyiş ediblər

Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb

“AmCham”: Məqsədimiz dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq imkanlarının yaradılmasıdır

ABŞ-nin hücumu nəticəsində Oman körfəzində iki hindistanlı dənizçi həlak olub

Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb

Manna dövlətinin fundamental tədqiqatçısı: Solmaz Qaşqayın elmi irsi bu gün də aktualdır

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb

"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək

Küveyt hava məkanını yenidən açıb

Şəki REM-in əməkdaşları şəhid Məmmədiyyə Cabbarzadənin xatirəsini yad ediblər

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan nefti 96 dollara satılıb

Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib

Şimali Kipr Baş nazirinin müavini: Qardaş Azərbaycanla əlaqələrin dərinləşəcəyinə səmimi-qəlbdən ümid edirəm

“Yüksəliş”in İşçi Qrupu Londonda beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir

“Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunda Orta Dəhlizin artan strateji rolu vurğulanıb

Bu gün futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı