Bakıda “Mənin diyarım. Mənim ölkəm. Mənim kəşflərim” adlı “coğrafi imla” keçiriləcək
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 19-da Bakıdakı Rus Evində “Mənin diyarım. Mənim ölkəm. Mənim kəşflərim” adlı “coğrafi imla” aksiyası keçiriləcək. Rus Coğrafiya Cəmiyyəti tərəfindən təşkil olunan tədbir saat 12:00-da başlayacaq.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, imla iki hissədə 40 sualdan ibarət olacaq. Birinci hissə baza səviyyəsində 10 sualdan ibarət olacaq. Bu hissə coğrafiyadan hamıya məlum olan faktlar əsasında tərtib edilib. 30 sualdan ibarət olan ikinci hissə iştirakçıdan obrazlı düşünmə, məntiq və erudisiya tələb edir.
Aksiyada iştirak etmək üçün [email protected] elektron ünvan üzrə qeydiyyatdan keçmək təklif olunur. “Coğrafi imla” beynəlxalq maarifləndirmə aksiyası haqqında ətraflı məlumatı https://dictant.rgo.ru saytında əldə etmək olar.
Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 77B.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:57]
Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir
- 10.08.2026 [16:06]
BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
- 10.08.2026 [15:29]
UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub
- 10.08.2026 [15:20]
BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə
- 10.08.2026 [14:31]