BAKIDA NƏQLİYYAT VASİTƏLƏRİNİN HƏRƏKƏTİ MƏHDUDLAŞDIRILACAQDIR
Konfrans keçirilən günlərdə paytaxtın Azərbaycan, Neftçilər, Bülbül, İnşaatçılar, Parlament, Hüseyn Cavid, İzmir prospektlərində, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Rəşid Behbudov, Bakıxanov, Vaqif küçələrində, Azneft, Bəhram Gur, Səbail, 20-ci Sahə dairələrində, Azadlıq və Gənclər meydanlarında, o cümlədən İçərişəhərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır.
Nəqliyyat vasitələrinin sahiblərindən və sürücülərdən xahiş olunur ki, yol hərəkəti qaydalarına ciddi riayət edərək, hərəkətdə üstünlük hüququna malik patrul avtomaşınlarının mayaklarının tələblərinə əməl etsinlər.
Xatırladaq ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, xüsusi səs, qırmızı və göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməyən sürücülər cərimə olunmaqla bərabər, onların əməlinə cərimə balı qeyd olunacaqdır.