Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycanda noyabrın 16-da gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-15°, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12°, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:06]
BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
- 10.08.2026 [15:59]
Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır
- 10.08.2026 [15:29]
UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub
- 10.08.2026 [15:20]
BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə
- 10.08.2026 [14:31]