Bakıda və İsmayıllıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
Bakı, 10 iyul, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və İsmayıllı rayonu ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində, Xətai rayonu Qədir Məmmədov küçəsi 54 ünvanında və İsmayıllı rayonunun Sərdəhar və Qaraqaya kəndlərinin yaxınlığındakı ərazidə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 36 min 610 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:14]
Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb
- 27.09.2026 [18:27]
Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri
- 27.09.2026 [17:18]
Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub
- 27.09.2026 [16:42]
Tovuz və Qazaxda Anım Günü qeyd olunub
- 27.09.2026 [16:28]
Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib
- 27.09.2026 [16:27]
Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO
- 27.09.2026 [15:16]