Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakıda Xalq rəssamı Arif Əzizin 75 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, Mədəniyyət və İncəsənət Universitetinin professoru, “Şöhrət” ordenli Arif Əzizin və tələbələrinin “Maestro end Artists” adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, rəssamın 75 illik yubileyinə həsr olunmuş sərgidə onun və 100-ə yaxın tələbəsinin əsəri nümayiş edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Arif Əzizin həyat və fəaliyyətindən söz açıb. Bildirib ki, o, 1971-ci ildən bu günədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Arif Əziz 48 il ərzində yüzlərlə rəssam, dizayner, qrafik, xalçaçının yetişməsinə böyük əmək sərf edib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev müasir Azərbaycan incəsənətində Arif Əzizin yaradıcılığının xüsusi, müstəsna yeri olduğunu deyib: “Ötən əsrin 70-ci illərindən başlayaraq Arif Əziz dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, Azərbaycan incəsənətinin müasir vəziyyətinin formalaşmasına böyük təsir göstərib. İlk bədii təhsilini Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, daha sonra isə Moskvada S.Q.Stroqanov adına Ali Bədii-Sənaye Məktəbində “Qrafik dizayn” ixtisası üzrə davam etdirib. Uzun yaradıcılıq yolu keçən Arif Əziz zəhməti və istedadı nəticəsində çox böyük uğurlara imza atıb. Bugünkü sərgi rəssamın keçdiyi yola nəzər salır və onun ötən illər ərzində yaratdığı bənzərsiz sənət əsərlərinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir”.

Bildirilib ki, Arif Əzizin fərdi üslubu, daim yaradıcılıq transformasiyalarına və bədii eksperimentlərə meyilliliyi, zamanın və məkanın təsirindən səmərəli istifadəsi, fəaliyyətinin istər manera, istər texniki aspektdə, çoxsahəliliyi və ən əsası, sonsuz dinamikası, çevikliyi və müasirliyi mütləq tərzdə onun sənətinin və şəxsiyyətinin aktuallığını müəyyən edir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ölkəmizdə sənət adamlarına göstərilən diqqət və qayğıdan danışıb. Bu gün Azərbaycanın yaradıcı adamlarının dünyanın ən nüfuzlu salonlarında çıxış etdiyini, sərgilər açdığını söyləyib.

Arif Əzizin yaradıcılığını yüksək qiymətləndirən Fəttah Heydərov onun uzun illər pedaqoji fəaliyyətlə məşğul olduğunu və yüzlərlə gəncə sənətin sirlərini öyrətdiyini söyləyib.

Tədbirdə Xalq rəssamı Səlhab Məmmədov, “Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova və başqaları çıxış edərək rəssama ən xoş arzularını çatdırıblar.

Rəssama “Dədə Qorqud” Milli Fondunun medalı təqdim olunub.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən Arif Əziz əməyinə verilən yüksək qiymətə görə ölkə başçısına minnətdarlığını bildirib və bundan sonra da Azərbaycan incəsənətinin inkişafı naminə əzmlə çalışacağını söyləyib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Qeyd edək ki, Arif Əzizin 75 illik yubileyi çərçivəsində təşkil edilən silsilə sərgilər sırasında hazırkı ekspozisiyanı üslub və janr əlvanlığından asılı olmayaraq xarakterizə edən əsas, prinsipial amil rəssamın bu günədək tələbələrinə öyrətdiyi səmimiyyətdir. Konseptual sərgi silsiləsini davam etdirən “Maestro end Artists” qrup sərgisi rəssamın yubileyi çərçivəsində Azərbaycan və onun hüdudlarından kənarda təşkil olunan tədbirlər sırasında unikal mahiyyətli bir layihədir. Müasir incəsənətimizin yeni formatlı sərgisində rəssam-maestro öz tələbələrinin əhatəsində təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib YENİLƏNƏCƏK

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub

Nazir Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə edib

Azərbaycan və Rusiya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan nəqliyyat sektorunda ESG prinsiplərinin həyata keçirilməsi beynəlxalq standartlara uyğunluğu artırır

Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır

Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində yaşıl hidrogenin ixrac imkanları araşdırılır

BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb

“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

® “Kapital Bank”ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşıb

® 700-dən çox gənc doğru yolu seçdi!

Kənd təsərrüfatı nazirinin müavini Gədəbəydə vətəndaşların ərizə və şikayətlərinə baxıb

Sabirabad Sənaye Məhəlləsində yeni rezident qeydiyyata alınıb

“Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilib

YAP Sədrinin müavini ilə Braziliyanın Əmək Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi arasında görüş olub

Silahlı Qüvvələr Günü münasibətilə hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə.dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli 58 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səbinə Əliyeva Mərakeşdə İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin 11-ci iclasında çıxış edib

Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib

Beynəlxalq tədbirdə Azərbaycanda gender fərqlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışılıb

Rusiya Dövlət Arxivindən Naxçıvanla bağlı 300-dən artıq arxiv sənədi əldə olunub

Türkiyə və Ermənistanın xarici işlər nazirləri regional prosesləri müzakirə ediblər

Göyçayda şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Milli Hidrometeorologiya Xidmətinin rəisi: Küləkli hava ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq

ANAMA əməkdaşları qanvermə aksiyasına qoşulublar

Deputat: Tarixi Zəfərimiz Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı oldu

Azərbaycanı Avropa çempionatında 19 cüdoçu təmsil edəcək

Qobustan rayonuna diametri 15 millimetr olan dolu düşüb

Şuşada “By Youth For Youth” Beynəlxalq Forumu öz işini başa vurub YENİLƏNİB

Heydər Əliyev adına Hərbi İnstitutun məzunları: Azərbaycan Bayrağının dalğalandığı hər bir nöqtədə xidmət etmək şərəfdir

Qarabağ və Şərqi Zəngəzurda növbəti peşə kursları təşkil edilib

Sosial-İqtisadi Kollecdə Silahlı Qüvvələr Günü qeyd olunub

Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi mövzusunda beynəlxalq seminar başa çatıb

“SABAH” qruplarına professor-müəllim heyəti işə dəvət olunur

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb

Rusiya millisinin sabiq qapıçısı “Turan Tovuz”a keçib

Sertifikasiya imtahanında keçid balını toplaya bilməyən müəllimlərin olduğu regionların adları açıqlanıb VİDEO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

“Azərpoçt” Silahlı Qüvvələri Günü ilə əlaqədar xüsusi rejimdə fəaliyyət göstərəcək

Baş direktor: Türk mütəxəssislərinin Azərbaycana gətirilməsi sənayenin inkişafına güclü təkan verə bilər

Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə xalqımızın şərəfli tarixidir

Nurlan İsmayılbəyli: Əməkhaqqına əlavələr edilən müəllimlərin sayının 55 minə çatdırılması gözlənilir VİDEO