İDMAN
Bakının “Rabitə” voleybol klubunun yeni baş məşqçisinin adı açıqlanmışdır
Bakı, 11 noyabr (AZƏRTAC). Qadın voleybolçular arasında Azərbaycan çempionu Bakının “Rabitə” klubunun yeni baş məşqçisinin adı açıqlanmışdır.
AZƏRTAC xəbər verir ki, komanda Eldar Yusubova tapşırılmışdır.
E.Yusubov son iki ildə “Telekom” klubunda özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı.
O, həmçinin, əvvəllər də “Rabitə”nin uğurlarında pay sahibi olmaqla yanaşı, Nurlan Sadıqov (Qazaxıstan), Yuri Loktev (Ukrayna), Draqutin Baltiç (Sloveniya), Deyan Brdjoviç və Zoran Qayiç (hər ikisi Serbiya) kimi baş məşqçilərlə çalışaraq, lazımi təcrübə toplamışdır.
Yeni baş məşqçinin qarşısına hədəf kimi Çempionlar Liqasının və Super Liqanın qalibi olmaq qoyulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]
Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər
- 02.07.2024 [12:44]
“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib
- 02.07.2024 [12:37]
Avropa çempionu olan sərbəst güləş yığması Vətənə qayıdıb
- 02.07.2024 [12:29]