Bakının ümumtəhsil məktəblərində fənlər üzrə “Bilik yarışı” keçirilmişdir
Bakı, 15 noyabr (AZƏRTAC). Bakının ümumtəhsil məktəblərində fənlər üzrə “Bilik yarışı” keçirilmişdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, bu yarışmanın məktəb üzrə qalibləri paytaxt üzrə keçiriləcək olimpiadanın birinci mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
“Bilik yarışı” uşaqların təhsilə marağının artırılması məqsədi ilə keçirilir və eyni zamanda, xüsusi istedada malik uşaqların potensialının aşkar olunmasına xidmət edir.