“Baku-2017”: Su polosu yarışında iranlı idmançılar növbəti dəfə qələbə sevincini yaşayıblar
Bakı, 16 may, P.İmanova, N.Həsənzadə, AZƏRTAC
“Baku-2017”nin su polosu yarışının mayın 16-da keçirilən birinci oyununda İndoneziya və İran milliləri üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, iranlı idmançılar bu dəfə də maraqlı oyun nümayiş etdirərək növbəti dəfə qalib gəliblər - 15:7.
Günün ikinci yarısında Türkiyə və Səudiyyə Ərəbistanı komandaları mübarizə aparacaqlar.