“Baku-2017”: Su polosu yarışlarının üçüncü günündə Səudiyyə Ərəbistanı komandası qələbə sevincini yaşayıb
Bakı, 15 may, P.İmanova, N.Həsənzadə, AZƏRTAC
“Baku-2017”nin su polosu yarışının mayın 15-də keçirilən birinci oyununda Səudiyyə Ərəbistanı ilə İndoneziya milliləri üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, gərgin keçən görüş Səudiyyə Ərəbistanı komandasının üstünlüyü ilə başa çatıb - 12:6
Günün ikinci qarşılaşması Azərbaycan və Türkiyə komandaları arasında oynanılacaq.