BALAKƏN İDMAN KOMPLEKSİ GƏLƏN İL İSTİFADƏYƏ VERİLƏCƏK
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, sentyabrın 19-da Prezident İlham Əliyev Balakən idman kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı kompleksin layihəsinə və şəkillərdən ibarət guşəyə baxdı.
Gənclər və idman naziri Azad Rəhimov məlumat verdi ki, nazirliyin sifarişi ilə tikilən kompleksin layihəsini Fövqəladə Hallar Nazirliyinin nəzdindəki “Azərkommunallayihə” institutu hazırlamışdır.
İnşaat işlərinə bu il başlanmışdır. Kompleksdə 1500 tamaşaçı yeri olan futbol stadionu voleybol, mini futbol, basketbol meydançaları, bir sıra idman növləri ilə məşğul olmaq üçün salonlar, soyunub-geyinmə otaqları, trenajor salonu ən müasir tələblərə cavab verən üzgüçülük hövuzu olacaqdır.
İdman qurğusunun tikintisini 2009-cu ildə başa çatdırmaq nəzərdə tutulur.
İnşaat işlərinin yüksək keyfiyyətlə aparılmasının zəruriliyini bildirən Prezident İlham Əliyev bu kompleksin rayonda idmanın inkişafına təkan verəcəyini vurğuladı.
######
![]() |
![]() |

