Azərbaycan Dövlət İnformasiya Agentliyi

BALAKƏN RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

BALAKƏN RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Balakən, 8 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV rayon sakinlərini təbrik edərək dedi:

- Sizi ürəkdən təbrik edirəm. Bu gün Balakəndə çox gözəl tarixi hadisə baş verir. Balakəndə ən müasir standartlara cavab verən yeni gözəl rayon xəstəxanası öz fəaliyyətinə başlayır. Bu, çox gözəl, əlamətdar hadisədir və bu, onu göstərir ki, bizim bütün planlarımız həyatda öz əksini tapır.

Mən Balakənə birinci dəfə gələndə bura boş yer idi. Biz burada bu xəstəxananın təməl daşını qoyduq. Bu gün biz bu gözəl xəstəxananın açılışında iştirak edirik. Bu, doğrudan da gözəl hadisədir.

Deyə bilərəm ki, son illər ərzində Azərbaycanın bölgələrində tikilmiş xəstəxanalardan ən müasir və ən böyük xəstəxana Balakən xəstəxanasıdır. Bu, bir daha onu göstərir ki, Balakənə xüsusi diqqət, xüsusi münasibət vardır. Mən çox şadam ki, burada artıq tibbi xidmətin yüksək səviyyədə təşkil olunması üçün bütün şərait vardır. Ümumiyyətlə, Azərbaycanın bütün bölgələrində müasir xəstəxanalar, tibb məntəqələri, tibb ocaqları tikilir. Dövlət Neft Şirkəti bu işlərə çox fəal qoşulmuşdur. Bu xəstəxana da Dövlət Neft Şirkətinin vəsaiti hesabına yaradılmışdır. Başqa bölgələrdə də müalicə-diaqnostika mərkəzləri tikilir. Yəni, bu, çox güclü bir sosial siyasətin əlamətidir. Çünki insanların sağlamlığı bizim üçün prioritet məsələdir.

Bu xəstəxanada bütün şöbələr - doğum şöbəsi də vardır. Azərbaycanda son illərdə uşaq ölümünün səviyyəsi aşağı düşür. İlk növbədə, ona görə ki, müasir imkanlar yaradılıbdır. Bir sözlə, bu xəstəxana balakənlilərin sağlamlığının keşiyində duracaqdır. Ümid edirəm ki, həkimlər də burada öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər.

Burada quraşdırılmış müasir avadanlıqdan istifadə etmək üçün əlbəttə ki, xüsusi bacarıq lazımdır. Burada treninqlər, kurslar keçiriləcəkdir. Bir sözlə, bu gözəl hadisəni sizinlə bərabər qeyd etmək üçün mən bu gün yenidən Balakənə gəlmişəm. Bu gün Balakəndə xəstəxananın açılışı ilə bərabər, digər vacib hadisələr də baş verib. Bu gün gözəl Olimpiya Mərkəzinin açılışını qeyd etdik. Bu da Azərbaycanda idmana olan diqqətin nəticəsidir. Mən bu gün yeni müasir mehmanxananın açılışında da iştirak etdim. Hesab edirəm ki, bu, Balakənə turizm axınının təmin edilməsi üçün vacib amil olacaqdır. Mehmanxana da dünya səviyyəli mehmanxanalardan heç fərqlənmir.

Balakənin enerji təminatını yaxşılaşdırmaq üçün bu gün kiçik su elektrik stansiyasının təməl daşını qoyduq. Bu, birinci addımdır. Artıq proqrama görə, yaxın illərdə Balakəndə çaylarda 10 elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Biz rayonun bütün potensialının gücləndirilməsi üçün işlər görürük. Səhiyyə, təhsil, idman, mədəniyyət, turizm, sənaye - yəni Azərbaycanın bölgələri, o cümlədən də Balakən bu cür inkişaf etməlidir. Son illər ərzində burada aparılan işlər nəticəsində Balakənin siması dəyişib, şəhər gözlləşib, müasirləşib. Dünya səviyyəli inkişaf etmiş şəhərlərin sırasına daxil edilib. Nəzərə alsaq ki, Balakənin çox gözəl təbiəti, gözəl təbii şəraiti var, bu, doğrudan da dünya miqyasında özünün xüsusi yeri olan bir şəhərdir.

Mən çox istəyirəm ki, burada abadlıq, quruculuq işləri bundan sonra da sürətlə getsin. Keçən dəfə mən burada olanda böyük parkın açılışında iştirak etdim, xəstəxananın, mehmanxananın tikintisi ilə tanış oldum. Yəni, bütün bu işlər bir gündə həll olunmur. Bütün bunları etmək üçün məqsədyönlü, düşünülmüş siyasət, diqqət və ölkəmizin hərtərəfli inkişafı üçün proqramlar lazımdır. Bu proqramlar da vardır. Biz bütün işləri proqramlar əsasında qururuq, o cümlədən hər bir rayon üzrə xüsusi inkişaf planı da mövcuddur.

Mən ümid edirəm ki, bundan sonra da Balakəndə bütün işlər yüksək səviyyədə görüləcək, əhaliyə bütün sahələrdə yüksək xidmət göstəriləcəkdir. Rayonun sənaye, iqtisadi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər də nəzərdə tutulubdur ki, Azərbaycan vətəndaşları yaşadıqları bölgələrdən asılı olmayaraq hər yerdə ən yüksək səviyyə ilə təmin olunsunlar, xüsusilə, paytaxtdan uzaqda yerləşən bölgələrdə. Balakən də Bakıdan uzaqda yerləşir. Buna baxmayaraq, burada ən müasir standartlar tətbiq olunur və bundan sonra da tətbiq olunacaqdır.

Bu gözəl hadisə münasibətilə mən sizi ürəkdən təbrik edirəm və sizə bütün işlərinizdə uğurlar arzulayıram.

X X X

Xəstəxananın həkimi Rəyasət TİNAYEVA rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək dedi:

-Möhtərəm cənab Prezident, icazə verin, Balakən ictimaiyyəti və tibb işçiləri adından Sizi salamlayım, Sizə rayonumuza “Xoş gəlmisiniz!” deyim.

Hamımızın sevincinə səbəb olmuş bu gəlişiniz qısa müddət ərzində rayonumuza üçüncü səfərinizdir. Sizin hər bir səfəriniz bizim üçün olduqca əhəmiyyətlidir. Çünki rayonumuzun sosial-iqtisadi və mədəni həyatında yeni bir inkişafa təməl qoyursunuz. Siz Balakən haqqında, “Balakən Azərbaycanın ən inkişaf etmiş rayonlarından biridir” sözlərini demişdiniz. Bu gün biz hamımız bu sözləri qürurla, fərəhlə xatırlayırıq. Lakin bu, təkcə Balakənimizə deyil, bütövlükdə Azərbaycanımıza aiddir. Azərbaycanımız gündən- günə inkişaf edir, gözəlləşir. Bunu ölkəmizdə tez-tez səfərdə olan xarici ölkə rəhbərlərinin dilindən eşitmək isə bizə daha da fərəh verir, sevinc gətirir.

Bu gün milliyyətindən asılı olmayaraq, hər bir azərbaycanlı ölkəsi ilə fəxr edir, belə bir ölkədə yaşamaqdan qürur hissi duyur. Balakəndə yaşayan biz azərbaycanlılar, avarlar, ingiloylar və digər xalqların nümayəndələri də fəxr edirik. Fəxr edirik ki, belə bir ölkənin vətəndaşlarıyıq. Biz sərhəddə yaşayırıq. Ona görə də inkişafı daha aydın görürük. Qonşularımız bizə həsəd aparır, biz isə heç kəsə həsəd ilə baxmırıq. Sadəcə fəxr edirik ki, bizim Sizin kimi Prezidentimiz vardır.

Azərbaycanın ən ucqar rayonlarından biri olan Balakən son qısa bir dövr ərzində tanınmaz dərəcədə dəyişilmişdir. Burada çoxlu sayda təhsil, səhiyyə, mədəniyyət obyektləri, sənaye müəssisələri, hündür yaşayış binaları, ticarət mərkəzləri tikilmiş, yeni yollar salınmış, kəndlərimiz, qəsəbələrimiz abadlaşdırılmışdır. Balakən üçün ən böyük problem olan içməli su məsələsi öz həllini tapmışdır. Mən buraz yolundan danışmaq istəyirəm. Yəqin ki, balakənlilər bunu yalnız Avropanın inkişaf etmiş ölkələrində görə bilərdilər. Lakin bu gün bu yol sakinlərimizə, qonaqlarımıza xidmət göstərir.

Bu gün Heydər Əliyev parkı rayonumuza olduqca böyük gözəllik bəxş edir. Bu parkda ulu öndərimizin möhtəşəm abidəsi ucaldılıb. Bu abidə qonşu Gürcüstandan belə görünür. O, bizim elimizə-obamıza, bütövlükdə, Balakənimizə sanki bir mayak kimi işıq saçır, bizə yol göstərir. Bu, Azərbaycan dövlətinin qüdrətinin simvoludur.

Bu gün bizim üçün olduqca böyük bayramdır. Ona görə ki, bu gün rayonumuzda belə gözəl, möhtəşəm, müasir tələblərə cavab verən xəstəxana, müasir, möhtəşəm Olimpiya-İdman Kompleksi açılır. Yəqin ki, bu, balakənlilərin xatirindən heç bir zaman silinməyəcəkdir. Çünki balakənlilər üçün heç vaxt bundan böyük hədiyyə olmamışdır.

Biz çox yaxşı bilirik, Siz nə edirsinizsə insanlarımızın, nəsillərimizin sağlamlığı naminə edirsiniz. Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təchiz olunması, yeni xəstəxanaların tikilməsi, bu xəstəxanaların müasir tələblərə cavab verən tibbi avadanlıqla təchiz olunması, yeni təcili yardım maşınlarının gətirilməsi, eyni zamanda, həkimlərimizin Avropada ixtisasartırma kurslarına göndərilməsi bir daha sübut edir ki, insanların, nəsillərin sağlamlığı Sizin əməli fəaliyyətinizin əsas istiqamətlərindən biridir. Mən bir həkim kimi çox yaxşı bilirəm, sağlamlıq nədir. Sağlam uşaq bizim sağlam gələcəyimizdir. Sağlam insan sağlam vətəndaş deməkdir. Sağlam vətəndaş bu ölkənin iqtisadi və intellektual inkişafının əsas göstəricilərindən biridir.

Biz bir neçə il qabaq, Sizin dediyiniz kimi, birinci səfəriniz zamanı boş bir ərazidə xəstəxanamızın təməlini qoyduğunuzu görmüşdük. İkinci dəfə gəlişinizdə buranın inşası ilə maraqlandınız. Bu gün isə bu böyük xəstəxananın açılışında iştirak edirsiniz. Bundan böyük xeyirxahlıq nə ola bilər?! Bu gün mən kollektivimiz adından Sizə söz verirəm: Sizin bizə bəxş etdiyiniz bu böyük, müasir xəstəxanamızda insanların sağlamlığını qorumaq üçün var qüvvəmizlə çalışacağıq. Sizin bizə göstərdiyiniz diqqət və qayğıya əməli işimizlə cavab verəcəyik. Siz çıxışlarınızın birində “neft kapitalının insan kapitalına çevrilməsi əsas prioritetimizdir” şüarını əsas götürdüyünüzü demişdiniz. Artıq bu istiqamətdə görülən işlər göz qabağındadır.

Biz bilirik ki, bu işlərdə Sizin ən yaxın yardımçınız Heydər Əliyev Fondunun prezidenti, çox hörmətli Mehriban xanım Əliyeva olmuşdur. İcazə verin, fürsətdən istifadə edib çox hörmətli Mehriban xanıma balakənlilərin adından dərin minnətdarlığımızı çatdıraq.

Möhtərəm Prezident, biz Sizin uğurla davam etdirdiyiniz Heydər Əliyev siyasətinin qələbəsinə inanırıq. İnanırıq ki, ölkəmiz daha da inkişaf edəcəkdir, xalqımız daha firavan yaşayacaqdır. Biz Sizə inanırıq, Sizə arxalanırıq, Sizə güvənirik. Möhtərəm Prezident, bir daha icazə verin bütün balakənlilər adından Balakənimizə, elimizə-obamıza, bizim sakinlərimizə göstərdiyiniz bu böyük diqqət və qayğıya görə Sizə dərindən təşəkkür edək, Sizə ölkəmizin, dövlətimizin inkişafı yolunda nailiyyətlər arzulayaq.

Möhtərəm Prezident, çox gözəl bilirik ki, Siz və xanımınız Mehriban Əliyeva bizim yaxşı yaşamağımız üçün əlinizdən gələni əsirgəmirsiniz. Odur ki, milyonlarla insanların, biz balakənlilərin duası daim Sizi qoruyacaqdır. Tanrıdan Sizə, ailənizə uzun ömür, cansağlığı arzulayırıq. Tanrı Sizi qorusun! Çox sağ olun!

X X X

Prezident İlham ƏLİYEV: - Xoş sözlərinizə görə təşəkkür edirəm. Bir məsələni qeyd etmək istəyirəm ki, Balakənin bugünkü vəziyyəti və inkişafı göstərir ki, Azərbaycanda hər şey etmək mümkündür. Bax, dörd il bundan əvvəl mən buraya gələndə burada vəziyyət tam başqa idi. Bu gün Balakən inkişaf etmiş müasir şəhərdir. Rayon inkişaf edir, şəhər inkişaf edir, insanlar daha da yaxşı yaşayırlar. İnsanların yaşaması üçün bütün şərait yaradılır, o cümlədən bu gözəl səhiyyə ocağı insanların sağlamlığını təmin edəcəkdir.

Siz qeyd etdiniz ki, Balakən çoxmillətli rayondur. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqlar, bütün millətlərin nümayəndələri qardaşlıq şəraitində, bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt - nə əvvəlki illərdə, nə bu gün milli zəmində heç bir ayrı-seçkilik olmamışdır və tam əminəm ki, gələcəkdə də olmayacaqdır. Azərbaycan milli münasibətlərin yüksək səviyyədə qurulması üçün örnək, nümunə ölkə kimi beynəlxalq təşkilatlarda da qiymətləndirilir. Bizim bu sahədəki siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanda bütün xalqlar, bütün millətlərin nümayəndələri rahat yaşasınlar, bütün hüquqlara malik olsunlar, azad yaşasınlar.

Azərbaycanda yaşayan bütün xalqlar, o cümlədən Balakən rayonunda yaşayan bütün qardaş xalqlarımız Azərbaycanın dövlətçiliyi uğrunda vuruşmuşlar, qan tökmüşlər və bu gün də Azərbaycanda dövlət quruculuğu işində, dövlətçiliyin möhkəmlənməsində çox fəal rol oynayırlar. Hər bir vətəndaş öz dövlətini gücləndirmək üçün fəal işləməlidir, vətənpərvər olmalıdır, öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. Belə olan halda Azərbaycan daim inkişafda olacaq və ölkəmiz güclənəcəkdir.

Mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm və sizə cansağlığı arzulayıram.

X X X

Prezident İlham Əliyev yeni səhiyyə ocağının imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verərək dedi:

-Hər bir vətəndaş, sadəcə olaraq müayinədən keçmək üçün ildə ən azı bir dəfə buraya gəlməlidir. İndi müasir elm o qədər irəliyə gedib ki, əgər hansısa xəstəlik vaxtında müəyyən olunursa, onu müalicə etmək mümkündür. İndi heç xaricə getmək də lazım deyildir, burada bütün şərait vardır. Dünyanın aparıcı xəstəxanalarında olan gözəl avadanlıq burada da vardır. Görürəm, gözəl həkimlər də vardır. İndi gərək onlar da öz səviyyəsini daha da artırsınlar. Gərək bütün işlər ən müasir standartlara cavab versin. Mən Balakənə üçüncü dəfə gəlirəm. Amma yenə gəlmək üçün gərək belə yaxşı səbəb olsun. Bu gün səbəb var - bu gözəl xəstəxana, olimpiya kompleksi, mehmanxana. Gərək biz də, yerli rəhbərlər də yaxşı işləyək ki, belə gözəl hadisələr çox olsun, mən də tez-tez gəlim.

X X X

Görüşdən sonra xatirə şəkli çəkdirildi.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib

“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər

“Bug bounty” proqramına start verilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sistemi genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmilərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNƏCƏK

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb

Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Baş məşqçi: Slovakiya klubu ilə matçda daha yaxşı oyun göstərməyə çalışacağıq

OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Politoloq: MDB-yə sədrliyin 2028-də Azərbaycana keçməsi üzv dövlətlər üçün mühüm fürsət olacaq

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

İqor Ponomaryov: Düşünürəm ki, futbolçular bu dəfə daha inamlı çıxış edəcəklər

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb

Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır VİDEO

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır VİDEO

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı

® ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək